Yığım depoziti ilə gələcəyinizə yatırım edin, hədəflərinizə sürətlə yetin!

İnternet həyatımıza daxil olandan hamımız axtarışdayıq. Əyləncə saatlarımızda nələr edə biləcəyimizdən tutmuş yemək reseptlərinə, kurslara, iş yerləri tapmağa qədər özümüzü sonsuz sayda müxtəlif səhifələrdə tapırıq. Ən sevdiyimiz axtarışlardan biri də asan yolla pul qazanmaqdır. Odur ki gəlin axtarışlarınızı bir qədər asanlaşdırmaq üçün sizə pulunuzdan pul qazandıran yollardan biri olan yığım əmanəti üsulundan danışaq.
Yığım əmanəti nədir?
Yigim emaneti maliyyə vəsaitlərini tədricən artırmaq məqsədilə banka yerləşdirilən depozit növüdür. Burada əsas məqsəd odur ki, əmanətçilər pul vəsaitlərini gətirib banka qoyurlar və pullarının təhlükəsiz şəkildə saxlanılmasına nail olurlar. Yəni pullar itməkdən, oğurlanmaqdan, yaxud hər hansısa xoşagəlməz həyat hadisələrindən qorunur. Həmçinin pul vəsaitləri bankda qaldıqca üzərinə əlavə faizlər hesablanır ki, bu da əmanətçilərə yığım depoziti sayəsində heç bir şey etmədən pul qazanmağa imkan verir. Yəni pulu banka qoymaqla məqsədlərinizə gedən yolda pulunuzun üzərinə müəyyən qədər pul gəlir.
Necə hesab açmaq olar?
Yığım depozitləri üzrə hesab açmaq üçün şəxsiyyət vəsiqənizlə bank filiallarına yaxınlaşa və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Hesab açıldıqdan sonra mobil tətbiq vasitəsilə vaxtaşırı əlavə pul yatıra, əmanətin balansını və qazandığınız faiz gəlirini izləyə bilərsiniz.
Yığım əmanəti faiz gəliri hansı bankda daha yüksəkdir?
Yigim depoziti üzrə faiz dərəcələri banklara görə dəyişir. Əslində daha çox qazanmaq üçün bəzi məqamlara diqqət etmək lazımdır. Belə ki, depozit məbləğinizin miqdarı və seçdiyiniz müddət burada ən vacib məqamlardır. Çünki faiz gəliri depozitinizin məbləğinə uyğun hesablanır. Əmanətinizi geri götürmək müddətini isə yaxşı olar ki, müəyyən müddətli seçəsiniz. Məsələn, 18 ay və ya 24 ay. Çünki belə olduqda əmanətiniz vergilərdən azad olur və faiz dərəcəsi daha yüksəkdən hesablanır. Amma əmanətinizi müddətsiz yerləşdirsəniz, faiz gəliri aşağı olur və milli valyutada olan əmanətlərin faiz gəliri aylıq 200 manatadək olan məbləği vergidən azad olur. Eyni zamanda, müddətsiz yığım əmanəti sizə ürəyiniz istədiyiniz zaman pullarınızı geri götürməyə imkan verir. Hansı bankı seçməyinizdən asılı olmayaraq, bu nüansları nəzərə almaqla əmanət yerləşdirməyiniz tövsiyə olunur.
Depozit hesabına sonradan əlavə pul yükləmək olarmı?
Yığım depoziti hesablarının əsas üstünlüyü əmanət balansının sonradan artırıla bilməsidir. Digər sabit əmanət növləri ilkin məbləği qəbul edir və sonradan əlavə pul yükləməyə icazə vermir. Ancaq yigim emaneti bu cəhətdən olduqca münasibdir. Üstəlik əlavə etdiyiniz hər yeni məbləğ də faiz gəliri gətirir. Əgər əmanətinizdə faizlər əsas məbləğə əlavə olunursa, ilkin və sonradan əlavə etdiyiniz vəsaitlər üzərindən gəlir daha sürətlə artmağa başlayır. Yığım əmanətinə əlavə pul yatırmaq üçün bank filialına yaxınlaşa, yaxud bankların mobil tətbiqlərindən istifadə edə bilərsiniz.
Yığım depoziti xarici valyuta ilə daha sərfəlidir, yoxsa manatla?
Bu sualın cavabı sizin maliyyə hədəflərinizdən, valyuta bazarından və digər səbəblərdən asılı olaraq dəyişə bilər. Banklarda manat əmanətləri hazırda xarici valyutalarla müqayisədə daha yüksək faiz dərəcələri ilə təklif olunur. Məsələn, banklar manatla yığım əmanətinə illik ortalama 9-12% arası faiz gəliri təklif etdiyi halda, xarici valyutalar üçün (ABŞ dolları və avro) bu göstərici 2-4% civarında olur.
Yığdığınız pullar arzularınıza gedən yolda durmadan artsın!
Beləliklə, asan yolla pul qazanmaq üçün kənara atdığınız pulları banka depozit şəklində qoyun. Yaxud pul yığmağa çətinlik çəkirsinizsə, özünüzü hər gün alış-veriş yerlərində görürsünüzsə, qənaətə banka əmanət qoymaqdan başlaya bilərsiniz. Əmanət hesabı açmaq həm də gələcəyinizə, təhsil almaq, biznes açmaq planlarınıza yatırım etmək, sevdiklərinizin və övladlarınızın gələcəyinə daim qazandıran pul ayırmaqdır. Pulunuzu yığa-yığa pullarınızı doya-doya toplayın və hər zaman qazananlardan olun.
Digər bloqlar
"Sifariş et" düyməsini basmaqla, İstifadəçi Şərtləri və Məxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.