İpoteka krediti ilə növbəti addımınızı yeni evinizə atın!

ipoteka krediti

Ətrafımızdakı insanlardan, dostlarımızdan, reklamlardan tez-tez ipoteka haqqında müxtəlif məlumatlar eşidirik. Elə öz yaxınlarımız arasında da ipotekaya ev götürənlər az deyil. Daşınmaz əmlak növlərinin qiymətlərinin kifayət qədər baha olduğunu nəzərə alsaq, əslində birdəfəlik ev, mənzil, obyekt almağın kifayət qədər çətin olduğunu deyə bilərik. Ancaq hazırda sözügedən kredit vasitəsilə demək olar ki, hər kəs istədiyi evə sahib ola bilər. Bəs bu bizə hansı üstünlüklər vəd edir? 

İpoteka nədir və kimlər üçün uyğundur?

İpoteka daşınmaz əmlakın girov qoyulması əsasında verilən uzunmüddətli kreditdir. Əsasən mənzil almaq, tikdirmək və ya təmir etdirmək, həmçinin digər fərqli daşınmaz əmlak obyektlərini almaq məqsədilə istifadə olunur. Bu kreditlər sabit və rəsmi gəliri olan, əmək fəaliyyəti ilə məşğul olan şəxslər üçün uyğundur. Banklarımız və İpoteka və Kredit Zəmanət Fondu tərəfindən qoyulan ipoteka sertler üzrə uyğun gələn vətəndaşlar rahatlıqla müraciət edə bilərlər. Ən vacib nüanslardan biri borcalanın minimum halda 18 yaşdan yuxarı olmasıdır.

İpotekaya müraciət qaydası necədir?

İpoteka kreditinə müraciət prosesi bir neçə mərhələdən ibarətdir. İlk olaraq vətəndaş ipoteka şərtləri onun üçün uyğun olan müvafiq bankı və ya İpoteka Fondu tərəfindən akkreditə olunmuş banklardan birini seçməlidir. Daha sonra seçilmiş mənzil və ya tikili ilə bağlı qiymətləndirmə aparılır. Qiymətləndirmə nəticəsinə əsasən, bank kredit məbləğini müəyyən edir və ilkin ödənişin faizi hesablanır. Müraciət üçün elektron hökumət portalı (e-gov.az və ya mygov.az) vasitəsilə onlayn formada ilkin qeydiyyatdan keçmək və tələb olunan sənədləri sistemə yükləmək mümkündür. Bəzi hallarda banklar vasitəsilə də müraciət etmək olar. Müraciət təsdiqləndikdən sonra rəsmi müqavilə imzalanır və kredit rəsmiləşdirilir.

İpoteka krediti üçün tələb olunan sənədlər hansılardır?

İpoteka krediti almaq üçün tələb edilən əsas sənədlərə şəxsiyyət vəsiqəsi, daimi gəliri təsdiqləyən sənədlər (məsələn, əmək müqaviləsi, əmək haqqı arayışı və ya vergi ödəyicisinin bəyannaməsi), yaşayış yerini təsdiq edən sənəd, ailə tərkibi haqqında arayış və alınacaq mənzilin ilkin sənədləri daxildir. Bu siyahı banklardan asılı olaraq, arta və ya azala bilər. Əgər vətəndaş güzəştli ipoteka üçün müraciət edirsə, əlavə olaraq aidiyyəti qurumdan (məsələn, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və ya digər dövlət orqanları) müvafiq arayışlar da tələb olunur. Bu sənədlər vətəndaşın müvafiq kateqoriyaya aid olduğunu təsdiq edir.

Hansı banklar sərfəli ipoteka şərtləri təklif edir?

Ölkəmizdə dövlətin güzəştli ipoteka proqramı ilə yanaşı, sərfəli ipoteka sertleri təklif edən banklar da mövcuddur. Sərfəlilik baxımdan müqayisə etmək üçün faiz dərəcəsi, ilkin ödəniş faizi, kredit müddəti və əlavə xidmət haqları nəzərə alınmalıdır. Həmçinin ipoteka kredit kalkulyatoru vasitəsilə ilkin hesablamalar apararaq ən münasib kredit təkliflərini müəyyənləşdirmək olar. Çünki bu alətə götürmək istədiyiniz evin qiymətini, kredit müddətini daxil etdikdə avtomatik şəkildə kreditin aylıq və ümumi ödənişlərini, həmçinin faiz dərəcəsini təqdim edir. Bu isə qərar verməyə olduqca böyük kömək edir.

Güzəştli ipoteka kimlərə verilir?

Güzəştli ipoteka əhalinin müəyyən təbəqələri üçün nəzərdə tutulub və İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təqdim olunur. Bu ipoteka növünə müraciət edə bilən şəxslər arasında müəllimlər, hərbi qulluqçular, dövlət qulluqçuları, elmi işçilər, məcburi köçkünlər, gənc ailələr və s. var. Siyahının tam versiyası İpoteka və Kredit Zəmanət Fondunun veb-saytında yer alır. Bu şəxslər üçün ipoteka krediti daha aşağı faizlə, daha uzun müddətə və daha aşağı ilkin ödənişlə təqdim olunur. Güzəştli ipoteka üçün müraciət zamanı vətəndaşın müvafiq meyarlara uyğunluğu yoxlanılır və bu uyğunluğun sənədlərlə təsdiqlənməsi tələb olunur.

İllərlə pul yığmayın, hissə-hissə ödəyin, arzuladığınız evə sahib olun.

Əgər siz də illərdir xəyalını qurduğunuz evə qovuşmaq istəyirsinizsə, ipoteka krediti bu xəyalınızı bir addımda gerçəyə çevirə bilər. Doğru bankı seçmək, ipoteka şərtləri ilə yaxından tanış olmaq, sənədləri vaxtında təqdim etmək və imkanlardan maksimum faydalanmaq işlərinizi daha da asanlaşdıracaqdır. Bu gün atacağınız addım sabah öz evinizin qapısını açmaq üçün ola bilər. 

  • Tarix

    11-06-2025

İpoteka krediti
  • 1

    Onlayn sifariş formasını doldur

  • 2

    Təsdiq al

  • 3

    Krediti götür

Mənzilin dəyəri

AZN

İlkin ödəniş

AZN

Müddət

Ay

Yekun məbləğ

Aylıq ödəniş

Faiz


"Sifariş et" düyməsini basmaqla, İstifadəçi ŞərtləriMəxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.