Həyatımızda tez-tez gözlənilməz hadisələrlə qarşılaşırıq. Anidən gələn xarici ölkədə iş təklifi, həll etməli olduğumuz tibbi məsələlər, başqa evə köçmək planları və s. Bütün bunların hər birində isə maliyyə dəstəyi qaçınılmazdır. Necə deyərlər pul ehtiyacı heç vaxt xüsusi xəbərdarlıqla gəlmir. Bəzən bu kimi gözlənilməz xərclər, bəzən isə uzun müddətdir arzuladığımız planlar qapını döyür. Belə anlarda kredit götürmək optimal qərarlardandır. Çünki bu halda işlərimizi gecikdirmədən həll edir, qarşımıza çıxan fürsətləri dəyərləndiririk. Ancaq banka getmək, sənədlərə vaxt itirmək yorucu və vaxt aparıcı ola bilər. Məhz buna görə banklar və kredit təşkilatları online kredit məhsulunu təqdim edir. İndi online kredit almaq xidməti sayəsində banka getməyə, uzun növbələrdə gözləməyə ehtiyac yoxdur. Bir neçə dəqiqə ərzində online kredit sifarişi verə və qısa müddətdə ehtiyacınız olan məbləği əldə edə bilərsiniz.

Kredit online formada necə əldə olunur?

Mobil cihazlar və ya kompüter vasitəsilə evdən çıxmadan online kredit goturmek mümkündür. Bunun üçün bankın və ya kredit təşkilatının veb-saytına, yaxud mobil tətbiqinə daxil olursunuz. Kredit məhsullarını incələyərək istədiyiniz krediti sifariş etməyə başlayırsınız. Sifariş üçün yaradılan foruma daxil olursunuz. Şəxsiyyət vəsiqəsi, rəsmi gəlir, kredit məbləği və kredit müddəti kimi qısa məlumatları doldurub göndərirsiniz. Borcverən şirkət sizin rəsmi gəlir, kredit tarixçəsi kimi məlumatlarınızı onlayn şəkildə yoxlayaraq sizə uyğun kredit şərtləri barədə ətraflı məlumat təqdim edir və razı olduğunuz halda müqavilə imzalanır. Bundan sonra məbləğ hesabınıza birbaşa köçürülə bilər, yaxud nağd şəkildə filiala yaxınlaşıb əldə edə bilərsiniz.

Online krediti necə nağd əldə edə yaxud hesabınıza köçürə bilərsiniz?

Bu suala cavab tapmaq üçün ilk olaraq online kredit götürmək planlarınızı dəqiqləşdirin və məqsədlərinizə uyğun məhsulu seçin. Əgər sizə onlayn alış-veriş üçün kredit lazımdırsa, kredit kartı seçməyiniz məqsədəuyğundur. Ancaq nağd şəkildə əldə etməyi düşünürsünüzsə, müvafiq məhsulu seçin. Kredit kartı sifariş etdiyiniz halda məbləğ birbaşa kartınıza köçürülür və köçürüldüyü gündən etibarən məbləği istifadə edə bilərsiniz. Kredit kartı məbləğini nağdlaşdırmağınız tövsiyə edilmir. Çünki əlavə faiz və komissiyalar tətbiq oluna bilər.

Kimlər onlayn kredit götürə bilər?

Minimum halda 18 yaşdan yuxarı hər bir vətəndaş online kredit almaq üçün müraciət edə bilər. Bir çox banklarda bu hədd 21 yaşdan yuxarı götürülür. Əsasən rəsmi gəliri olan şəxslərə üstünlük verilir. Ancaq bəzi kredit təşkilatları rəsmi gəlir təqdim etmədən də kiçik məbləğlərdə kreditlər təklif edirlər.

Kredit online sifariş edilərsə, faizlər necə dəyişir?

Kredit online şəkildə əldə olunduqda həm müştərilərin, həm bankların işləri kifayət qədər asanlaşır. Online kredit faizləri adətən ənənəvi kreditlərin faiz həddindən fərqlənmir. Ancaq bəzən onlayn sifarişlər üçün xüsusi endirimlər və kampaniyalar həyata keçirilir. Bu barədə kredit təşkilatlarının sosial media hesablarından məlumatları izləsəniz, xəbər ala bilərsiniz.

Nələrə diqqət etmək lazımdır?

Online kredit sifarişi zamanı bir neçə kredit təşkilatının, yaxud bankların təkliflərini əsasən də faiz dərəcələrini müqayisə etmək vacibdir. Bu əlavə xərclərinizin qarşısını alır, maliyyə yükünüzü azaldır və gələcək risklərin qarşısını alır. Kreditin geri ödəmə tarixlərinə və güzəşt müddətlərinə diqqət yetirmək də önəmlidir. Bundan başqa, şərtləri tam oxuduğunuzdan və anladığınızdan əmin olun. Təbii ki yalnız lisenziyalı və rəsmi kredit platformalarından istifadə etməyiniz tövsiyə olunur.

Krediti online götürün, işlərinizi daha sürətli həll edin!

İşlər qaydasında getmirsə, yaxud daha böyük işlərə imza atmaq istəyirsinizsə, vaxt itirmədən online kredit goturmek barədə düşünə bilərsiniz. Beləliklə, həm vaxtınıza qənaət edəcək, həm də stresli bank proseslərindən azad olacaqsınız. Kredit təkliflərini müqayisə edin, ən sərfəli olanı seçin və ödənişlərinizi gecikdirməyin. Unutmayın ki, doğru istifadə edildikdə onlayn kreditlər sizin üçün ideal maliyyə mənbəyi ola bilər.