Mikrokredit əldə edin, biznes şərtlərini öz xeyrinizə dəyişin!

Əgər siz öz xəyallarınızın ardınca getməsəniz, başqası sizi öz xəyallarını gerçəkləşdirmək üçün işə götürəcək. Bu, biraz motivasiya edici, biraz da sərt cümlə kimi səslənir. Bəzən şərtlər hər zaman xəyallarımızın arxasınca getməyə uyğunlaşmır. Bəzən isə doğru fürsətləri dəyərləndirmək şanslarını əldən veririk. Ancaq indi verəcəyiniz qərar xəyal yuxularından oyanmaq üçün bir şans ola bilər. Düşünməyin ki, bacarmarsınız və ya pulunuz çatmaz. Bütün uğurlu hekayələrin sirri hər hansısa yola başlamaqdır. Pula qalanda isə necə deyərlər indi pul tapmağa nə var ki? Başını hara çevirsən, rahatlıqla kredit götürmək olar. Üstəlik fərqli-fərqli çeşidlərdə. Məsələ hədəflərimizə çatmaq, yeni uğurlara imza atmaqdırsa, işlərə mikro kredit haqqında araşdırma aparmaqdan başlaya bilərsiniz. Hətta əziyyət çəkməyin. Elə bir neçə dəqiqəyə “Mikrokredit nedir?” sualına birgə cavab tapacağıq.
Mikrokredit yeni bizneslərə pul gətirir!
Mikro kredit nədir? - Mikrokredit daha çox kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün təklif olunan kredit növüdür. Bu kredit, həmçinin mikro biznes krediti də tanınır. Biznesi böyütmək, yeni layihələr həyata keçirmək və istənilən biznes məqsədləri üçün istifadə oluna bilər. Mikrokreditlər aşağı məbləğlərdə və daha sadələşdirilmiş şərtlərlə təqdim edilir. Bu səbəbdən xüsusilə yeni biznesə başlayanlar, kiçik və orta sahibkarlıq fəaliyyəti göstərənlər üçün effektiv maliyyə mənbəyi kimi qiymətləndirilir.
Necə əldə etmək olar?
Mikro kredit almaq üçün bankların filiallarına yaxınlaşa və ya onlayn sifariş edə bilərsiniz. Hər iki halda sizdən ilkin mərhələdə şəxsiyyət vəsiqəsi, biznes fəaliyyətinə, gəlirlərə, VÖEN-ə dair məlumatları təqdim etməyiniz tələb olunacaq. Banklardan onlayn biznes krediti sifariş edərək ən sərfəli şərtləri olanı seçə bilərsiniz. Vaxtınıza, enerjinizə və xərclərinizə qənaət etmiş olacaqsınız. Bunun üçün bankların veb-saytına, yaxud mobil tətbiqinə daxil olursunuz, kredit növləri arasından online mikro kredit bölməsinə keçid edərək sifariş edirsiniz. Burada hətta mikro kredit kalkulyatoru ilə də hesablamalar aparmaq olar. Bu, qərarınızı qətiləşdirməyə kömək edəcək.
Krediti sifariş edin, məbləğ dərhal hesabınıza köçsün.
Mikro kredit online sifariş edilərsə, bank bir-iki gün ərzində, fiziki müraciət zamanı isə elə həmin gün ərzində sizin kredit qabiliyyətinizi qiymətləndirəcək. Qiymətləndirmədən sonra təsdiq alınarsa, kredit müqaviləsi bağlanır. Müqaviləni diqqətlə oxuyub faiz dərəcəsi, müddət və cərimə şərtlərinə diqqət yetirin. Mikro biznes krediti üzrə sizin üçün ayrılan kredit vəsaiti həmin gün ərzində hesabınıza köçürülür, yaxud nağd şəkildə təqdim edilir.
Ən sərfəli mikrokreditləri kəşf edin.
Gəlin razılaşaq ki, kiçik biznes krediti olan mikrokredit əldə etməkdə əsas hədəfiniz biznesinizi bazarda daha güclü mövqeyə aparmaqdır. Daha az itirmək şərti ilə daha çox qazanmaq üçün kiçik hesablama aparmaq kifayət edir. Diqqətinizi əsasən faiz dərəcəsi, xidmət haqqları, geri ödəniş müddəti və cərimə şərtlərinə yönəltməyiniz faydalı olacaqdır. Faiz dərəcəsi, aylıq və ümumi kredit ödənişlərini mikro kredit kalkulyatoru vasitəsilə öncədən öyrənə bilərsiniz. Bankların saytında və mobil tətbiqində yerləşən bu alət kredit məbləğini və müddətini seçdiyiniz halda sizə bu məlumatları anında təqdim edir. Beləliklə, müxtəlif bankların təklif etdiyi mikro kredit online alətlər vasitəsilə hesablanaraq müqayisə olunur. Nəhayət ən sərfəli biznes kreditini sifariş edə bilərsiniz.
Mikrokreditlə biznes şərtlərini öz xeyrinizə dəyişin.
Biznes dünyasında ab-hava qiymətlərin yüksəlib-enməsi ilə sürətlə dəyişir. Bəzən aylarla gözlənilən proqnozlar özünü doğrultsa da, bəzən isə tamamilə əks nəticələr nümayiş etdirir. Bu zaman güclü mövqeyi olanlar ayaqda qalır. Bazarda yerinizi möhkəmlətmək, həmçinin biznesinizi önə aparmaq üçün mikrokredit əldə etmək şərtləri öz xeyrinizə dəyişməyə kömək edəcəkdir. Doğru seçim etdikdə bu maliyyə aləti sizi qəfil xərclərdən, biznes risklərindən və ümumi xərclərdən qoruyacaq.
Digər bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür