Biznes krediti ilə biznesinizdə pula-pul deməyin!

Biznes sahibi olanları və hələ də biznes qurmaq barədə düşünənləri bir-birinə bağlayan bir çox ortaq səbəblər var. Baxmayaraq ki tərəflərdən biri hazırda qazanmağa davam edir, digəri isə götür-qoy edir. İstər qazananlar, istərsə də qazanmağın yollarını axtaranlar üçün ortaq nöqtələrdən biri də biznes krediti məhsuludur. Çünki daha çox qazanmaq, xəyal etdiyimiz işə sahib olmaq və arzuladığımız həyatı yaşamaq üçün addımlar atarkən maliyyə çatışmazlığı ilə qarşılaşmamaq mümkünsüzdür. Bu zaman isə sahibkar krediti başlamaq, biznesi böyütmək üçün ideal vasitə olur.
Biznes krediti nedir?
Biznes kreditləri sahibkarlara verilən bir növ maliyyə dəstəyidir. Bu kreditlər sahibkarlığın inkişaf etməsi, yeni avadanlıq alınması və ya dövriyyə vəsaitinin artırılması üçün nəzərdə tutulur. Sahibkar müəyyən məbləği banka müraciət edərək götürür və onu müəyyən müddət ərzində faizlə geri ödəyir. Məqsəd isə sahibkarın işini böyütməsi və daha çox gəlir əldə etməsidir. Məsələn, bir çörək sexi soba almaq üçün biznes kredit götürə bilər. Biznes krediti şərtləri banklara və kredit təşkilatlarına görə dəyişir. Dövlət qurumları və ya banklar bəzən bu kreditləri subsidiya və ya güzəştli şərtlərlə təqdim edirlər. Məhsul həm yeni başlayan, həm də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün faydalıdır.
Biznes krediti şərtləri necədir?
Biznes krediti şərtləri banklardan və dövlət qurumlarından, həmçinin kredit təşkilatlarından asılı olaraq dəyişir. Burada əsas diqqət edilməli olan məqam biznes kredit faziləri, cərimə və komissiya haqqları, kreditin minimum və maksimum müddəti, ödənişlər üçün güzəşt müddəti kimi nüanslardır. Bundan başqa, kredit faizi təyin olunarkən hansı nüansların daha çox nəzərə alınmasını soruşa bilərsiniz. Belə ki, banklarda 9%-dən başlayan sahibkar krediti təklif oluna bilər ki, bu minimum faiz bütün sahibkarlara şamil olunmaya bilər. Məsələn, çörək sexi olan sahibkar gəlirlərindən daha yüksək məbləğdə kredit üçün müraciət etdikdə və fəaliyyət müddəti qısamüddətlidirsə, burada faiz 9% yox, daha yüksəkdən hesablana bilər. Yaxud digər nüanslara görə bu dəyişə bilər. Bu zaman ən optimal variant sizin üçün sərfəli şərtlər təklif edən bir neçə bankla əlaqə saxlayıb, şərtlərlə tanış olduqdan sonra qərar verməkdir. Sərfəli kredit təkliflərini isə bankların biznes krediti kalkulyator aləti ilə hesablayaraq dəyərləndirə bilərsiniz.
Biznes krediti kimlere verilir?
Biznes kreditindən bu qədər danışmışkən kimlərin bu məhsuldan yararlana biləcəyi barədə sual bütün sahibkarları düşündürür. Bu sual daha çox hansı meyarlara cavab vermək məğzi daşıyır. Yəni hansı sahibkarlar biznes kreditlərindən yararlana bilər? Biznes krediti iş qurmaq və ya mövcud biznesini böyütmək istəyən şəxslərə verilir. Bu kreditlər kiçik, orta və iri biznes nümayəndələrinə təqdim olunur. Əsasən müraciət edən şəxsin real biznes ideyasının və ya aktiv biznes modelinin olması tələb olunur. Banklarda əsasən real bizneslərə kredit verilməsinə üstünlük verilsə də startaplar və ya yeni başlamaq istəyənlərə də şərait yaradılır. Ancaq yeni biznes qurmaq istəyənlər, həmçinin kiçik və orta sahibkarlar dövlətin güzəştli sahibkar kreditlərindən də yararlana bilər.
Biznes krediti nece verilir?
Bu sualın cavabı sahibkarların kredit sifarişini necə həyata keçirməsindən asılıdır. Belə ki, digərlərində olduğu kimi pul vəsaitlərini həm banka yaxınlaşaraq, həm də online biznes krediti sifarişi edərək əldə etmək mümkündür. Hər iki halda pulu həm nağd götürməyiniz, həm hesabınıza köçürməyiniz mümkündür. Əgər ödənişlərinizi nağd şəkildə həll edəcəksinizsə, nağd kreditlərə üstünlük verin. Biznes hədəfləriniz onlayn addımlar üzərindən həyata keçirsə, hesabınıza və ya kartınıza köçürmək daha məqsədəuyğun olar. Bu qərarı indiki və gələcək planlarınıza, krediti əldə etmək məqsədinizə uyğun verməyiniz faydalı olar.
Biznes krediti ilə qazancınız dayanmadan artsın!
Kreditlə bağlı qərar verməzdən öncə biznes krediti kalkulyator aləti ilə ilkin hesablama aparmağınız faydalı olar. Çünki götürmək istədiyiniz məbləği və müddəti alətə daxil edəndə avtomatik şəkildə aylıq ödənişlərinizi, həmçinin ümumi kredit məbləğini hesablayır. Bu isə qərar verməyinizi rahatlaşdırır və sürətləndirir. Kredit kalkulator adətən bankların veb-saytlarında və mobil tətbiqlərində online biznes krediti olan hissədə yer alır. Sərfəli sahibkar krediti tapdıqdan sonra artıq sifariş edə və biznes məsələlərinizi həll etməyə başlaya bilərsiniz. Unutmayın ki, kredit götürmək təkcə borc pul götürməkdən ibarət deyil, düzgün planlama ilə gəlir qazanmaq və gəlirlərinizi daha da artırmaq deməkdir. Odur ki kreditə yalnız pul ehtiyacı kimi deyil, investisiya imkanı kimi yanaşmaq lazımdır. Biznes kreditləri ilə biznesinizdə pula-pul deməyin.
Digər bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür