Əmanət təminatlı kredit ilə pulunuz cibinizdə, işləriniz öz axarında qalsın!

Uşaqlığımızdan bəri bizə hər zaman gələcəyə ümidlə baxmaq, gələcək üçün ehtiyatlı davranmaq aşılanır. Bu səbəbdən hər zaman planlarımızda və addımlarımızda gələcək günləri mütləq nəzərə alırıq. Bu bir növ əzizlərimizin bizi sevmək və qayğı göstərmək hisslərindən doğan yazılmamış qanunlardandır. Təsadüfi deyildir ki, babalarımız, nənələrimiz, valideynlərimiz, hətta biz özümüz də kənara pul atmağa, əlavə əşya və avadanlıqlar alıb ehtiyat kimi saxlamağa çalışırıq. Bu özümüzün və əzizlərimizin qayğısına qalmaq şəklidir. Günümüzdə bu qayğı bizi kənara atdığımız həmin pulları banka əmanət etməyə, hətta o əmanəti xərcləmədən, həm də onun vasitəsilə ehtiyaclarımızı qarşılamağa şərait yaradır.
Əmanət təminatlı kredit nədir?
Əmanət təminatlı kredit borcalanların banka yerləşdirdikləri şəxsi vəsaitləri hesabına nağd kredit əldə etməsini təmin edən kredit növüdür. Əgər rəsmi gəliriniz, daşınar, yaxud daşınmaz əmlakınız yoxdursa, yaxud onları girov olaraq təqdim etmək istəmirsinizsə, banka depozit yerləşdirərək depozit təminatlı kredit əldə edə bilərsiniz. Beləliklə, depozit krediti bankda yerləşdirdiyiniz əmanətin girov kimi istifadə olunması ilə verilir. Yəni siz həm əmanətinizi qoruyursunuz, həm də əlavə nağd vəsait əldə edirsiniz. Adətən bu kreditlər daha aşağı faizlə və daha asan şərtlərlə təqdim olunur. Əmanət krediti həm şəxsi xərcləri, həm də biznes ehtiyaclarını qarşılamaq üçün istifadə oluna bilər.
Depozit təminatlı kreditin üstünlükləri nələrdir?
Emanet teminatli kredit şəxsi vəsaitlərinizi xərcləmədən, yaxud qiymətli əşyalarınızı satmadan ehtiyaclarınızı qarşılamaq imkanı yaradır. Qeyd edək ki, depozit kredit götürmək üçün həm nağd vəsaitlər, həm də qiymətli əşyalar şəklində banka yerləşdirilə bilər. Beləliklə, əmanətiniz bankda qalır və sizə faiz qazandırmağa davam edir. Siz isə həmin əmanət sayəsində emanet krediti əldə edirsiniz. Depozitiniz sizə həm qazandırır, həm də kredit götürməklə işlərinizi daha rahat və sürətli şəkildə yoluna qoymağa kömək edir. Bundan başqa, kredit tarixçəniz zəifdirsə və ya ümumiyyətlə yoxdursa, bu fürsət həmin tarixçəni yaxşılaşdırmağa kömək edəcək.
Əmanət krediti alarkən əmanətiniz necə qorunur?
Əmanət təminatlı kredit götürmək istəyənləri əsasən “Əmanətimin taleyi necə olacaq?” sualı düşündürür. İlk olaraq qeyd edək ki, əmanətiniz kredit şərtlərinə tam əməl olunduğu halda itirilmir və sizin razılığınız olmadan başqa istiqamətlərə xərclənmir. Burada incə məqam krediti vaxtlı-vaxtında ödəməyinizdir. Bundan başqa, banklarda olan əmanətlər müəyyən məbləğə qədər sığortalanır.
Depozitlə verilən kreditlər hansı hallarda əmanətdən (depozitdən) asılı olur?
İlk olaraq qeyd edək ki, depozit krediti götürmək üçün bankda əmanət hesabınızın olması mütləqdir. Daha sonra depozit təminatlı kredit götürərkən maksimum kredit müddəti avtomatik şəkildə əmanət müddətinin bitmə tarixinə uyğun təyin edilir. Əmanətin məbləği isə birbaşa şəkildə götürə biləcəyiniz kreditin maksimal həcmini müəyyənləşdirir. Məsələn, əgər bank sizin əmanətinizin 80%-i qədər kredit təklif edirsə, 10 000 AZN məbləğində olan depozitə görə maksimum 8 000 AZN məbləğində kredit ala bilərsiniz.
Əmanət krediti ilə həm qazanın, həm işlərinizi yoluna qoyun!
Bankda əmanət hesabı açmaq əlinizdə olan və qazandığınız pulları gələcəyə yatırım etməyə kömək edir. Çünki kənara atdığınız hər kiçik məbləğ belə sizə zaman keçdikcə faizlərlə pul qazandırır. Bu əmanətinizin məbləğindən asılıdır. Üstəlik əmanətləriniz ehtiyacınız olan anlarda maddi çətinliklərin öhdəsindən gəlmək üçün kredit götürməyinizi təmin edir. Hətta bu həyatınızın fürsətini dəyərləndirmək istəyəndə də sizə lazım olan pulu tapmağa kömək edir. Odur ki əmanət təminatlı kredit götürməklə həm qazanın, həm pulunuz cibinizdə qalsın, həm də işləriniz qaydasında olsun.
Digər bloqlar
"Sifariş et" düyməsini basmaqla, İstifadəçi Şərtləri və Məxfilik Siyasətini qəbul etdiyinizi təsdiq edirsiniz.