Lombard krediti ilə xərcləriniz kiçilsin, işləriniz öz axarında getsin!

Sonuncu dəfə nə zaman alış-veriş etmisiniz? Özünüzü inkişaf etdirəcək bir kurs, yeni texnoloji cihaz, rahatlığına heyarn qaldığınız o divan, xəyal etdiyiniz oyun kompüteri, bəlkə də sadəcə çantanı toplayıb gedəcəyiniz kiçik bir səyahət. Bu sadaladıqlarımız və siyahıda olmayan minlərlə xəyallar var. Bəlkə onlar üçün yeni bir addım atasınız. Gəlin razılaşaq ki, maddi çətinliklər hər zaman olur və onları bütünlükdə həll etmək demək olar mümkünsüzdür. Ancaq bizə həyata keçən arzularımız, uğurlarımız, xoş xatirələrimiz qalır. Bu kimi hallarda lombard kreditləri xərcləri idarə edən, əskiklikləri tamamlayan maliyyə dostuna çevrilir.
Lombard krediti nədir?
Lombard krediti borcalanın qiymətli əşyasını (məsələn, qızıl, saat, texnika və s.), yaxud digər mülkünü girov qoyaraq aldığı nağd pul kreditidir. Bu kredit növünün rəsmiləşməsi tez başa çatır, çox sayda sənəd toplamağa ehtiyac qalmır, həmçinin əksərən rəsmi gəlirin olmasına dair tələb qoyulmur. Bu səbəbdən də xüsusilə təcili pula ehtiyacı olanlar sürətli çıxış yolu kimi bu kreditə üz tuturlar. Banklardan və lombard filiallarından əldə etmək mümkündür. Borcalan girov qoyaraq krediti götürdükdən sonra ödənişləri vaxtlı-vaxtında ödəməlidir ki, girov qoyduğu əşyasını itirməsin. Əgər ödənişlər gecikərsə və ya ümumiyyətlə edilməzsə, lombard qanunvericiliyə əsasən həmin girovu satışa çıxarıb borcu bağlaya bilər. Odur ki kredit götürərkən bütün nüansları öncədən dəqiqləşdirmək, gələcək üçün maliyyə planlaması etmək faydalı olacaqdır. Bunun üçün lombard krediti kalkulyatoru aləti ilə hesablamalar apararaq da addımlarınızı planlı şəkildə ata bilərsiniz.
Kimlər lombard krediti ala bilər?
Ölkəmizdə 18 yaşını tamamlamış bütün Azərbaycan vətəndaşları lombard kredit əldə edə bilər. Burada əsas məsələ girov qoyulacaq əşyanın bazar dəyərinin mövcud şərtlərə uyğun olmasıdır.
Lombarda hansı əşyaları girov qoymaq olar?
Qızıl-zinət əşyaları, elektron cihazlar, bahalı saatlar və s. girov olaraq təqdim edilə bilər. Lombard qizil krediti götürmək istəyən müştərilərin qızıl-zinət əşyalarını qiymətləndirir və onun bazar dəyərinin təxminən 60-80%-i miqdarında nağd pul krediti təklif edir. Qızılın əyarı və çəkisi kredit məbləğinə birbaşa təsir edir. Əgər qızıl orijinaldırsa və yüksək ayarlıdırsa, daha çox məbləğ almaq mümkündür.
Faiz dərəcələri və ödəniş şərtləri necədir?
Lombard kreditlərinin faiz dərəcələri borcverən şirkətə, kredit məbləğinə, girovun növünə görə və borcverən şirkətin digər şərtlərinə əsasən dəyişir. Kredit müddəti 1-3 aydan başlayaraq daha yüksək müddətlərə qədər təyin edilə bilər. Kreditin geri qaytarılması zamanı faizlə birlikdə əsas məbləğ geri ödənilir və girov əşyası müştəriyə qaytarılır. Müddətində ödənilməyən kreditlərdə isə lombard həmin əşyanı satışa çıxarmaq hüququna malikdir.
Yüksək məbləğli lombard krediti necə tapmaq olar?
Borcalanlar arasında qizil lombard kreditləri üçün ən ideal və yüksək qazanclı girov növü hesab edilir. Ancaq əslində bütün girov növləri üzrə yüksək kreditlər əldə etmək mümkündür. Burada kredit faizlərinə diqqət yetirmək də vacibdir. Əgər yüksək məbləğdə kredit almaq istəyirsinizsə, girov əşyanızın bazar dəyəri yüksək olmalıdır. Məsələn, qızıl, brend saatlar və s. Rəsmi fəaliyyət göstərən lombardlara və banklara üz tutmaq girovunuzun daha şəffaf şəkildə dəyərləndirilməsinə şərait yaradacaq. Lombard krediti kalkulyatoru aləti ilə kreditə götürmək istədiyiniz məbləği neçə faizlə əldə edə biləcəyinizi, faizini və ümumi məbləği hesablayın. Bu alət bankların veb-saytında və mobil tətbiqində yer alır. Bundan başqa, xüsusilə bahalı saatlar və texniki cihazlar üçün məhsulun orjinal qutusu, qəbzi və sertifikatları kreditin məbləğinə birbaşa təsir edir. Bütün bu nüansları nəzərə alaraq yüksək məbləğli və sərfəli faizləri olan kreditləri əldə edə bilərsiniz.
Dəyərli əşyalarınızla həyatınıza yeni dəyərlər qatın!
Lombard kreditləri arzularınıza gedən yoldan tutmuş ən çətin anlarınıza qədər hər zaman üz tuta biləcəyiniz maliyyə dostu məhsuludur. Daha rahat əldə olunması və qısa zamanda rəsmiləşməsi işləri daha da yoluna qoyur. Geriyə qalan ən sərfəli lombard kreditini tapmaq və sifariş etməkdir. Kredit götürərkən məbləği çalışın ki, ehtiyaclarınıza və gələcək planlarınıza uyğun müəyyənləşdirəsiniz. Kiçik addımlarla böyük uğurlar qazanmaq üçün hər zaman yüz ölçüb bir biçməkdə fayda var.
Digər bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür