İstehlak krediti götürmək faydalıdırmı? Üstünlükləri, riskləri

Tarix dəyişdikcə insanlar arasında istədiyimiz bir çox şeyi əldə etmək üçün mütləq pulun çox olmalıdır mifi artıq sıradan çıxır. Artıq sıravi şəxslərdən tutmuş böyük biznes sahiblərinə qədər hər kəs müxtəlif kredit məhsullarından yararlanır. Çünki demək olar ki, hər yeni günə fərqli məhsulları və xidmətləri almaq istəyi, biznesimizi daha da böyütmək istəyi və s. ilə başlayırıq. Kreditlər isə xəyallarımızı daha sürətli həyata keçirməyə, arzuladığımız həyat standartlarına, biznesimizin inkişafına və digər bir çox hədəflərimizə çatmağa yardım edir. Xüsusilə əhali arasında istehlak məqsədli kredit götürmək daha geniş yayılmışdır.
İstehlak krediti haqqında
İstehlak kreditləri adından bəlli olduğu kimi istifadə məqsədi adətən adətən şəxsi ehtiyacları qarşılamaq üçündür. Bu kreditlər əsasən məişət texnikası, avtomobil, səyahət, təhsil, tibbi xərclər və digər gündəlik tələbatların ödənilməsi üçün götürülür. Banklar və digər kredit təşkilatları müştərilərə müxtəlif şərtlərlə istehlak krediti təklif edir. Faiz dərəcəsi, müddət və aylıq ödənişlər isə kreditin məbləğinə və götürülən bankın şərtlərinə görə dəyişir. Bunu bankların istehlak kredit kalkulyatoru vasitəsilə daha ətraflı şəkildə dəqiqləşdirə bilərsiniz. Bəzi borcverən şirkətlərdə sözügedən kreditin götürülmə məqsədindən asılı olaraq, konkret növləri də mövcuddur. Məsələn, avtomobil krediti, təhsil krediti, məişət avadanlıqları üçün kreditlər və s. Əgər məişət əşyaları almaq üçün kreditə ehtiyacınız varsa, yaxşı olar ki, bu istiqamətdə təklif olunan kreditləri dəyərləndirəsiniz. Belə olduqda bankın partnyor mağazalarındakı xüsusi endrimlərdən də yararlana bilərsiniz. İstehlak kreditlərini rəsmi gəlir əsasında, zamin və girov təqdim edərək götürmək olar.
Nə qədər kredit götürmək olar?
Ölkəmizdə bankların istehlak krediti məbləği təklifləri dəyişkəndir. Ortalama olaraq minimum 300-400 manatdan başlayaraq müxtəlif məbləğlərdə kredit götürmək olar. Bu, əsasən kredit növünə, borcalanın rəsmi gəlirinə, təminat tələblərinə və bankın digər şərtlərinə görə dəyişir.
İşsizlər və təqaüdçülər də istehlak krediti əldə edə bilər
İstehlak kreditləri adətən rəsmi gəlir əsasında təqdim olunur. Buraya müxtəlif peşə sahələrində rəsmi formada əmək fəaliyyəti ilə məşğul olan şəxslər, təqaüdçülər, tələbələr, kiçik biznes sahibkarları və s. aiddir. Banklarda və kredit təşkilatlarında mütəmadi olaraq müxtəlif peşə sahibləri və təqaüdçülər üçün xüsusi sərfəli şərtlərlə də kredit kampaniyaları elan olunur (Məs. müəllimlər, həkimlər və s. üçün). Hər hansısa əmək fəaliyyəti olmayan, yəni işsizlər isə nağd kredit götürmək üçün zamin və ya girov təqdim edə bilər.
Kredit faizini və ödənişlərini əvvəlcədən hesablamaq mümkündür
Kredit götürməzdən öncə banklar arasında araşdırma aparmaq, ödəniş şərtləri ilə yaxşıca tanış olmaq lazımdır. Bunun üçün istehlak krediti kalkulyatoru işlərinizi asanlaşdıracaq. Bu alət vasitəsilə götürmək istədiyiniz məbləğ əsasında banklarda mövcud olan minimum və maksimum kredit faizləri, müddəti ilə tanış ola bilərsiniz. Hansı ki burada sizə aylıq ödənişləriniz və ümumi kredit məbləğiniz təqdim olunur. İstehlak kredit kalkulyator ilə kreditin məbləğini və müddətini artırıb-azaltmaqla sizə uyğun sərfəli şərtləri tənzimləyə bilərsiniz.
Şərtləri öz xeyrinə dəyiş və alış-verişə gecikmə!
İstehlak kreditləri xəyallarınızı daha sürətli gerçəkləşdirərək sizi arzularınıza doğru aparır. Burada strateji addımlar ataraq büdcənizə zərər yetirmədən bütün işlərinizi yoluna qoya bilərsiniz. Gəlin nümunə üzərindən tanış olaq:
Nigar özünə yeni avtomobil almaq üçün 24 ay müddətinə 5 000 AZN kredit götürmək istəyir. Onun aylıq ödənişi (bankın faizləri və s. daxil) 250 AZN təşkil edir. O, gəlirini nəzərə alaraq müddəti 3 ilə (36 ay) qədər uzatdı və ödənişi 180 AZN-ə endirdi. Bu, onun aylıq büdcəsini daha rahat idarə etməsinə kömək etdi. Beləliklə, Nigar kredit şərtlərini daha sərfəli hala gətirdi və arzuladığı avtomobilə sahib oldu.
Digər bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür