Girovla kredit götürmək - Şərtlər, Üstünlüklər

Müasir dövrdə sahib olduğumuz maddi və mənəvi dəyərləri pula çevirmək olduqca asan və rahatdır. Maddi gəlirlər artdıqca isə işlər daha tez qaydasına düşür. Bunun üçün maliyyə bazarları da güclü idarəedici təşkilatlar və sonsuz imkanlarla zəngindir. Təkcə bankların təqdim etdiyi kredit məhsullarının faydalarından saatlarca danışmaq olar. Başlayaq, bu məhsullardan biri olan girovla kredit götürmək imkanlarından.
Girov krediti nedir?
Girov krediti borcalanın borcverən şirkətə təminat təqdim edərək nağd pul götürdüyü kredit növüdür. Təminat qismində ev, mənzil, torpaq sahəsi, avtomobil kimi müxtəlif daşınar və daşınmaz əmlak növləri çıxış edə bilər. Sözügedən əmlak növləri isə borcalanın ya öz adına, ya da birinci dərəcəli qohumunun adına olmalıdır. Girovla kredit faizləri və ümumi şərtləri banklara görə dəyişir. Ümumilikdə girovlu kredit faizləri və müddəti girov əmlakının dəyəri yüksək olduğu üçün adətən digər kreditlərlə müqayisədə daha sərfəli şərtlərlə təklif olunur.
Girovla kredit götürərkən hansı sənədlər tələb olunur?
Girov krediti sənədləri borcverən şirkətin tələblərindən asılı olaraq dəyişir. Ümumilikdə aşağıdakı sənədlərin təqdim olunması vacibdir:
- Borcalanın şəxsiyyət vəsiqəsi;
- Rəsmi gəliri təsdiq edən sənədlər;
- Girov qoyulan əmlakda qeydiyyatda olan şəxlərin şəxsiyyət vəsiqələrinin surətləri və razılıqları;
- Girov üçün təqdim edilmiş əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış);
- İpoteka müqaviləsinin notarial qaydada təsdiqi;
- Bankın tələb etdiyi digər sənədlər.
Daşınmaz əmlak təminatlı kredit götürməyin üstünlükləri
Harada yaşamağımızdan və kim olmağımızdan asılı olmayaraq, hər birimizin həyata keçirmək istədiyi böyük planları və ya layihələri var. Buraya şəxsi biznes qurmaqdan tutmuş investisiya ayırmağa qədər bir çox istiqamətlər daxil ola bilər. Bu kimi hallarda ehtiyac olan məbləğləri əldə etmək üçün torpaq girovu ile kredit və ya evi girov qoymaq kredit götürmək baxımdan ideal seçimlərdəndir. Çünki banklarda daşınmaz əmlak təminatlı nağd kredit götürmək istəyən müştərilərin kredit məbləğini və kredit götürmək müddətini müvafiq olaraq daha yüksək və uzunmüddətli seçmək şansı olur. Bundan başqa, ev girov krediti və ya torpaq girovu krediti götürərkən hədəflərinizə daha sürətli çatacaqsınız və sizin üçün əlçatmaz görünən məbləği daha kiçik ödənişlərlə hissəli şəkildə geri qaytarmaq fürsətiniz olacaq. Banklarda daşınmaz əmlak təminatlı kredit faizləri digər oxşar kredit məhsulları ilə müqayisədə daha aşağıdır. Banklardan asılı olaraq 10%-12%-dən başlayaraq dəyişir.
Girov krediti kalkulyatoru nədir?
Girov kredit kalkulator fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq, bütün borcalanlar üçün işləri asanlaşdıran və sürətləndirən maliyyə alətidir. Belə ki, müştərilər girov qoyaraq götürəcəkləri ümumi kredit məbləğini, aylıq ödənişləri və kredit faizlərini öncədən hesablaya bilir. Sözügedən alət asanlıqla rəqəmləri və faizləri dəyişərək nəticəni görməyə imkan verir. Girov kredit kalkulyatoru borcalanlar və borcverənlər üçün əlavə vaxt itkisinin qarşısını alır, işləri sürətləndirir və şəffaflığı qoruyur. Yaxşı olar ki, kalkulyatorla hesablamalar apardıqdan sonra sərfəli kredit şərtləri olan bankları özünüz üçün qeyd edin. Daha sonra veb-sayt və ya sosial media hesabları vasitəsilə banklarla əlaqə saxlayıb əlavə endirim və ya kampaniyaların olub-olmadığını maraqlanın. Beləliklə, ən sərfəli girov krediti əldə etmək fürsətinizi optimallaşdırmaq mümkündür.
Sonluq
Girovla kredit götürərkən mütləq şəkildə bankların şərtlərini və cari kampaniyalarını araşdırmağınız məqsədəuyğundur. Götürəcəyiniz məbləğ yüksək olduğu üçün bu halda işin içindən qazanclı çıxmaq mümkündür. Həmçinin bayram ərəfəsi endirimləri, xüsusi peşə günlərində olan endirimlər və digər imkanlar da mövcuddur. Əsas odur ki, əlinizdə olan mülkü potensial gəlirə çevirməkdən, yaxud maddi çətinliklərinizi aradan qaldırmaqdan çəkinməyin. Düzgün planlama bütün işlərinizi yoluna qoymaqda və maliyyə risklərinizi minimuma endirməkdə sizə kömək edəcək.
Digər bloqlar
- 1
Onlayn sifariş formasını doldur
- 2
Təsdiq al
- 3
Krediti götür