Günümüzdə alış-veriş vərdişləri sürətlə yenilənir və dəyişir. Hər ötən gün ehtiyacımız olan məhsul və xidmətlərin sayı da getdikcə çoxalır. Ancaq büdcəmiz hər zaman istədiyimiz hər şeyi almağa imkan verməyə bilər. Bu səbəbdən insanlar artıq böyük məbləğləri birdəfəlik ödəməkdənsə, xərclərini daha ağıllı idarə etməyə və ödənişlərini hissə-hissə planlaşdırmağa üstünlük verirlər. Hər kəs arzu edir ki, istədiyi məhsulu istədiyi zaman alsın, amma büdcəsinə zərər toxundurmadan rahat şəkildə ödəsin. Məhz bu ehtiyaclardan dolayı taksit kartları alış-verişin yeni və daha çevik formasını təklif edir. Bəs ümumilikdə taksit kartı nədir?

Taksit kartı nədir? İstifadə formaları

Taksit karti alış-veriş etməyi sevənlərin sevimli ödəniş vasitəsidir. Həmçinin təcili xərclər yaranan zaman, müxtəlif endirim kampaniyalarını dəyərləndirmək baxımdan da üstün xüsusiyyətlərə sahibdir. Çünki bu kartlar vasitəsilə məhsul və ya xidmət alarkən ödənişi birdəfəlik deyil, bir neçə ay ərzində bərabər hissələrə bölərək ödəyə bilərsiniz. Müddət 1-3 aydan başlayaraq 24-36 aya qədər banklardan asılı olaraq dəyişə bilir. Kartın məbləği borcalanın rəsmi gəlirinə, iş stajına, kredit tarixçəsinə və digər nüanslara əsasən təyin olunur. Əsas üstünlüyü isə bankın tərəfdaş olduğu mağazalarda alış-veriş etdikdə əlavə faiz hesablanmır. Həm az-az ödəyir, həm də faizsiz şəkildə yalnız xərclədiyiniz məbləği geri qaytarırsınız. 

Alış-verişinizi təxirə salmayın! Kartınız sizin üçün ödəsin!

Təsəvvür edək ki, sevimli mağazanızda müddətli endirim kampaniyası elan olunub. Məhsulların qiyməti də kifayət qədər ucuzlaşıb. Amma hamısını alacaq qədər pulunuz yoxdur. Yaxud gözlənilməz şəkildə yaranan tibbi xərclərinizi qarşılamağa çalışırsınız. Bu zaman taksit kartları köməyinizə çatır. Bütün xərclərinizdə ümumi məbləği aylara böldürə bilərsiniz. Beləliklə, sözügedən kartlar əyləncənizdən tutmuş sağlamlığınıza qədər bir çox məqamlarda işlərin öhdəsindən ustalıqla gələn super qəhrəmana çevrilir.

Kimlər taksit kartı əldə edə bilər?

Adətən taksit kartı rəsmi iş yeri və ya davamlı gəliri olan şəxslərə təqdim olunur. Müəyyən banklarda son iş yerində minimum 3-6 ay staj müddəti də tələb oluna bilər. Ümumilikdə taksit kartı əldə etmək üçün əsas şərtlər rəsmi gəlir, müsbət kredit tarixçəsi və müəyyən yaş həddi tələbinə uyğun olmaqdır. 

Taksitli ödənişlərlə xaricdə alış-veriş etməkdən zövq alın!

Onlayın sifarişlərdən tutmuş xarici ölkələrdə alış-verişə qədər ödənişlərinizi taksit kartlari ilə həyata keçirə bilərsiniz. Bunun üçün xarici ölkələrdən məhsul və xidmət alışı mümkün olan bank kartlarını əldə etmək kifayətdir. Taksit kart sifarisi zamanı əlavə faizlərin olmaması üçün yaxşı olar ki, bankın partnyor olduğu mağazalara və məkanlara nəzər yetirəsiniz. 

Taksit kartları ilə hər şey almaq olar? 

Bəzən insanlar arasında taksit kart ilə hər şey almağın mümkün olduğu düşünülür. Ancaq banklardan asılı olaraq taksit kartları elektronika məhsulları, kosmetika mağazaları və s. kimi fərqli alış-veriş seçimlərinə malik olur. Yəni bir bank kartında elektronika mağazaları arasında geniş seçim varsa, digərində bu seçimlər daha çox məişət əşyalarına, paltar mağazalarına və s. aid ola bilər. Yaxud bütün ödənişlər üçün keçərli olan variantlar da vardır. Məsələn, Yelobankın taksit kartı ilə bütün elektronika mağazalarında hissəli alış-verişdən yararlanmaq mümkündür.

Daha çoxunu alın, az-az ödəyin, xərclərinizi idarə edin!

Böyük alış-verişlər büdcənizə zərər verməsin! Taksit kartları sizə istədiyiniz məhsulu anında almaq, ödənişi hissə-hissə, rahat şəkildə etmək imkanı verir. Beləliklə, birdəfəlik böyük məbləğ xərcləmədən, büdcənizi planlı şəkildə idarə edə bilərsiniz. Faizsiz ödəniş fürsətləri və uzunmüddətli taksit imkanları ilə alış-verişin rahatlığını yaşayın. Qeyd edək ki, taksit kart sifarişi üçün bankların veb-saytlarına keçid edə və filiallara yaxınlaşa bilərsiniz.