Debet kartlar ilə alış-verişdə sərhəd tanımayın!

Günümüzdə debet kartlarla alış-veriş etməyin sərhədləri yoxdur. Okeanın o tayında yaşayan müəllimin kursuna qoşulmaqdan tutmuş sevimli markalarınızdan paltar almağa qədər seçimləriniz və imkanlarınız saysızdır. Hətta kilometrlərcə uzaqda yaşayan sevdiklərimizə bir toxunuşla pul göndərə, onları hədiyyələrlə sevindirə də bilirik. Necə deyərlər, müasir dövrdə sevgi və qayğı göstərmək üçün dünyanın o biri ucuna əlin və bank kartın rahatlıqla çatır. Gəlin daha yaxından tanış olaq.

Debet kart nədir? Necə istifadə olunur?

Debet kart müxtəlif ödənişləri həyata keçirməyə imkan verən, pul vəsaitlərinizi saxlamaq üçün etibarlı və təhlükəsiz bank məhsuludur. Bu kartlar vasitəsilə marketdə, aptekdə, restoranlarda və ya onlayn alış-verişdə rahat şəkildə ödəniş etmək, kartdan-karta pul göndərmək, bir sözlə, əksər pul əməliyyatlarınızı həyata keçirmək mümkündür. Kartı əldə etdiyiniz bankın mobil tətbiqinə daxil olaraq debet kartınız vasitəsilə müxtəlif onlayn əməliyyatlar icra edə bilərsiniz. Debet kartı ilə edəcəyiniz alış-verişlərə, xərcləyəcəyiniz məbləğə heç bir məhdudiyyət tətbiq edilmir. Təkcə təmassız ödənişlərdə müəyyən limitlər tətbiq edilə bilər ki, bu da təhlükəsizlik məqsədi daşıyır. 

Debet kart sifarişi necə həyata keçirilir?

Ölkəmizdə bütün banklardan debet kartlar əldə etmək, hətta demək olar bütün banklardan pulsuz debet kart sifarisi etmək də mümkündür. Debet kart sifarisi onlayn formada bankların mobil tətbiqləri və veb-saytları vasitəsilə, ənənəvi şəkildə isə bank filiallarına yaxınlaşmaqla həyata keçirilir. Sənəd olaraq isə sadəcə şəxsiyyət vəsiqənizi təqdim etməyiniz kifayətdir. Hətta bəzi bankların mobil tətbiqləri vaistəsilə anındaca rəqəmsal pulsuz debet kart sahibi ola bilərsiniz. Bu kart ancaq onlayn əməliyyatlar üçün keçərlidir. Hazırda debet kartlarını manat, dollar və avro valyutasında əldə etmək mümkündür.

Debet kartı itirdikdə nə etmək lazımdır?

Əgər plastik debet kartınız varsa və onu itirsəniz, yaxud oğurlasalar, bankın mobil tətbiqi vasitəsilə avtomatik şəkildə kartı bloklamağınız məsləhətlidir. Bu zaman kənar şəxslərin kartınızdan istifadə etməsinin qarşısını alırsınız. Daha sonra isə bankla əlaqə saxlayaraq kartınızı yeniləyə bilərsiniz.

Hansı debet kartlar daha çox keşbek qazandırır?

Keşbek qazandıran debet kartlar kifayət qədər çoxdur. Burada incə məqam var ki, daha çox hansı mağazalardan və yerlərdən alış-veriş edirsinizsə, o istiqamətdə keşbek qazandıran kartla ödəniş etməyiniz məqsədəuyğundur. Yaxud bir neçə bankdan debet kart sifarisi edib hansı kartla hansı ödəniş daha çox qazandırırsa, onunla ödəniş edə bilərsiniz. Məsələn, baxımlı və səyahət etməyi sevən xanımlar üçün Yelo Bankın “Yelo Light” debet kartı gözəllik salonlarında, kinoteatrlarda, təyyarə bileti alarkən və s. kimi xüsusi alış-veriş istiqamətləri üzrə 30%-dək keşbek qazanmaq imkanı yaradır.

Debet kartın balansı necə artırılır?  

Debet kartın balansını bankomatlardan nağd pul daxil etməklə artırmaq olar. Həmçinin başqa bir kartdan və ya hesabdan mobil tətbiq vasitəsilə pul köçürmək də mümkündür. Bankın filialına gedib kassadan da balansı artıra bilərsiniz.

Debet kartınızla ürək dolusu xərcləyin!

Debet kartları alış-veriş etməyi, bol-bol səyahət etməyi, özünə qayğı göstərməyi, həyatdan zövq almağı, pul toplamağı və xərcləməyi sevənlərin, bir sözlə, hamının sevimli cib dostudur. Üstünüzdə pul gəzdirmirsiniz, o sizi bütün dünyada gəzdirir. Pul xırdalamaq kimi dərdiniz olmur, qəpiyinə qədər dəqiq ödənişlər edirsiniz. Üstəlik alış-veriş edəndə, hətta etməyəndə də qazanırsınız. Çünki hazırda debet kartlarla onlayn, ənənəvi, həmçinin NFC və digər bir çox ödənişlərdə əlavə keşbekler qazanırsınız. Hətta kartınızın balansında qalan qalığa da aylıq və illik gəlir hesablanır. Sevimli bankınızın kartı ilə həyatdan zövq almaq vaxtıdır.