Günümüzdə alış-veriş etmədən yaşamaq mümkünsüzdür. Satın aldığımız məhsul və xidmətlərin növü dayanmadan artır. Buna paralel olaraq ödəniş üsulları da saymaqla bitməz səviyyəyə çatıb. Onlar arasında kredit kartları ön sıralarda gəlir. Adıçəkilən məhsul qidadan tutmuş müxtəlif xidmətlərin alışına qədər hər sahədə həyatımızı asanlaşdırır. Nağdsız ödənişin rahatlığı, faizsiz taksit imkanları və bonus proqramları onları daha da cəlbedici edir.

Kredit kartı nədir və necə əldə etmək olar?

Kredit kartı banklar tərəfindən müştərilərə təqdim olunan maliyyə məhsuludur. Kredit kartlari istifadəçilərə ehtiyac olan pulu əldə etmək üçün borc götürməyə imkan verir. Kredit kartı ilə kredit götürmək minimum bir neçə dəqiqəyə, maksimum isə 1-2 gün ərzində baş tutur. Bu özəlliyi əhali arasında kredit karti ilə əməliyyatları ən populyar ödəniş üsuluna çevirib. Plastik və ya rəqəmsal formatda ola bilər. Kredit kartı almaq üçün banklar və ya digər borcverən şirkətə onlayn yaxud ənənəvi şəkildə müraciət etmək kifayətdir. Kredit kartları əsasən rəsmi gəliri olan şəxslərə təqdim olunur. Həmçinin fərdi müştərilər və sahibkarlar üçün fərqli şərtlərlə təkliflər mövcuddur.

Kredit karti necə istifadə olunur?

Bankların kredit kartları müştərilərin yüksək məbləğli alış-verişlərini və xərclərini daha münasib şərtlərlə həyata keçirməsini asanlaşdırır. Çünki bu zaman ödənişləri 1-3 aydan başlayaraq 24-30 aya, bəzən daha uzun müddətlərə qədər bölüb geri ödəmək mümkün olur. Banklardan asılı olaraq kreditlər fərqli faiz dərəcələri ilə verilir. Müddət, faiz dərəcəsi və geri ödəniş məbləği əsasən kreditin məbləğinə əsasən təyin edilir. Bu kartlar ilə əsasən nağdsız ödənişləri həyata keçirməyiniz tövsiyə olunur. Bu zaman həm əlavə komissiya və faizlər hesablanmır. Əksinə olaraq əlavə keşbek və bonuslar qazanmaq mümkündür. Həmçinin kredit kart sifarisi edərkən bankın partnyor olduğu mağazalara, alış-veriş mərkəzlərinə və s. göz gəzdirməkdə fayda var. Bundan başqa, kredit ödənişlərinizi vaxtlı-vaxtında ödəmək zəruridir.

Ən yaxşı kredit kartlarını necə seçmək olar?

Növündən, banklardan, kredit təşkilatlarından və digər amillərdən asılı olaraq kredit kartlari fərqli üstünlüklərə sahib olur. Düzgün seçim etmək üçün kredit karti sifarisi zamanı valyutasının növündən tutmuş banka, plastik kartın növünə qədər məqsədlərinizə uyğun seçim etmək tövsiyə olunur. Bəzən serfeli kredit kartlari adı ilə elan olunan müxtəlif bankların kredit kampaniyalarını da diqqətdən kənara qoymaq olmaz. Kredit kartı faizlərinin münasibliyinə, əlavə keşbek qazandırmasına, ödənişlərin daha çox aylar üzrə bölünməsinə və digər amillərə nəzər yetirə bilərsiniz. Xərclədikcə qazanmaq və daha münasib şərtlərlə borcu geri qaytarmaq işləri daha da asanlaşdırır. Ən yaxşı kredit kartını internetdə axtarış edərkən bu prosesi işinizə, biznesinizə, qarşıdan gələn bayramlara və digər nüanslara uyğun seçə bilərsiniz. Məsələn, Yelobank tek sexsiyyet vesiqesi ile kredit, serfeli biznes krediti və s.

Kredit kart sifarişi necə həyata keçirilir?

Banklarda kredit kart sifarisi veb-sayt üzərindən və mobil tətbiqlər vasitəsilə həyata keçirilir. Ad, soyad, rəsmi gəlirin olması və s. haqqında ilkin tələb olunan məlumatları daxil etməklə banka sorğu yönləndirirsiniz. Bank dəyərləndirmə apardıqdan sonra sizə uyğun kredit məbləğini və şərtləri təqdim edəcəkdir.

Daha çox xərcləyin, az-az ödəyin, məqsədlərinizə daha sürətli çatın!

Günümüzdə kredit kartından istifadə etməyən yoxdur. Məqsədinizdən asılı olmayaraq bütün növ xərclərinizi bir addımda idarə edə və işlərinizi daha sürətli həll edə bilərsiniz. Yaxud qaçırmaq istəmədiyiniz endirimləri və bayram kampaniyalarını dəyərləndirmək olar. Məsələn, elektronika məhsullarının satışı ilə məşğulsunuzsa, xarici saytlarda mütəmadi olaraq tətbiq olunan kütləvi endirimlərdən yararlanmaq biznesinizi daha da qabağa aparacaqdır. Bu zaman əlinizdə olmayan yüksək məbləği kredit kartınız vasitəsilə ələ etmək mümkündür. Yaxud xəyalınızda olan məhsulları almaq, gözlənilməz xərcləri qarşılamaq üçün kredit kartlari cibinizin ən yaxın dostuna çevriləcəkdir.