Pul qazandıqca xərclənər, xərcləndikcə həyatımızdakı dəyəri də yüksələr. İşlərimizin rəvan getməsi üçün puldan həyatımızın demək olar bütün məqamlarında istifadə edirik. Mağaza alış-verişləri, təhsil almaq xəyalı, həkim seansları, yeni avtomobil, ev əşyaları almaq planları və siyahını sonsuza qədər uzada biləcəyimiz səbəblər… Ancaq bəzi məqamlarda pul qazanmaq yaxud ehtiyac olan məbləğə sahib olmaq çətin ola bilir. Bu zaman ağıla ilk gələn şeylərdən biri borc götürmək olur. Belə məqamlar üçün banklar borcalanlara ehtiyac krediti məhsulunu təqdim edir. 

Ehtiyac krediti haqqında

Ehtiyac krediti şəxsi maddi xərclərin maliyyələşdirilməsi üçün istifadə edilən borclanma növüdür. Böyük alış-verişlər zamanı, ödənişi yüksək olan xidmətlərin alışı üçün, gözlənilməz xərcləri və ya digər bütün xərcləri qarşılamaq məqsədilə istifadə olunur. Borcalan bu kimi xərclərini qarşılamağa çətinlik çəkərsə, ehtiyac kreditini asanlıqla əldə edə bilər. Kreditin götürülmə səbəblərindən dolayı ehtiyac kreditini, həmçinin istehlak krediti kimi də adlandırmaq olar. Ehtiyac krediti sifarişi banklar və kredit təşkilatlarının demək olar ki, hər birində mövcuddur. 

Ehtiyac krediti götürmək qaydası

Banklarda və kredit təşkilatlarında ehtiyac krediti sifarişi ənənəvi və onlayn formada qəbul olunur. Belə ki, maliyyə təşkilatlarının filiallarına yaxınlaşaraq, həmçinin maliyyə şirkətlərinin veb-saytlarında yer alan online kredit bölməsinə daxil olaraq müraciət etmək mümkündür. Online kredit sifarişi işlərinizi daha da sürətləndirəcək. Çünki borcalan vaxt itirmədən və olduğu yerdən ad, soyad, cari əməkhaqqı, kredit məbləği kimi vacib məlumatları qeyd edib, müraciətini ünvanlayır. Ümumilikdə kredit müraciəti təsdiqləndikdən sonra müştərinin bankda kredit hesabı açılır, məbləğ hesaba köçürülür, yaxud kredit məbləği plastik və ya rəqəmsal kredit kartı vasitəsilə təqdim edilir.

Ehtiyac kredit kalkulyatoru

Bankların veb-saytlarında yer alan ehtiyac kredit kalkulyatoru (yaxud istehlak kredit kalkulyator) ilə kredit faizlərini və ümumi kredit məbləğini hesablamaq mümkündür. Kredit məbləğini daxil edib, daha sonra artırıb-azaltmaqla faiz dərəcələrinin necə dəyişdiyini görmək olar. Bu indiki və gələcək xərcləriniz barədə hesablamalar aparmağınıza kömək edəcək.

Ehtiyac kreditinin üstünlükləri

Ehtiyac kreditinin üstünlüyü haqqında danışarkən ilk olaraq qeyd edək ki, bu məhsul hər kəs üçün borca pul götürməyə şərait yaradır. Məişət xərclərinin qarşılanması və digər böyük məbləğli kreditlərdən fərqli olaraq daha kiçik məbləğlərin əldə olunması üçün təklif edilir. Nəticədə kiçik məbləğə ehtiyacı olan şəxslər daha uzun kredit prosedurlarından keçmir və müraciətlərinin müsbət cavablandırılması daha real olur. Məbləğ aşağı olduğu üçün kredit faizləri və şərtləri də nisbətən rahat olur. Məbləğdən və bankdan asılı olaraq zamin və ya girov tələb edilmir. Ehtiyac krediti götürmək daha qısa zamana başa gəlir və əsasən bir neçə saat və ya gün ərzində borcalanın hesabına köçürülür. 

Ehtiyac kredit növləri

Ehtiyac krediti banklarda müxtəlif kateqoriyalar üzrə fərqli şərtlər çərçivəsində təklif olunur. Belə ki, avtomobil almaq, mebel almaq, ev təmiri, məişət avadanlıqlarının alınması, təhsil kreditləri, digər kreditlərin bağlanması kimi və digər bir çox başlıqlar altında ehtiyac kredit məhsullarını görə bilərsiniz. Burada avtomobil almaq üçün ayrılan kreditlə ev təmiri üçün ayrılan kreditin faiz dərəcələri və kredit şərtləri də fərqli olur. Bu nüans digərlərinə də aiddir. Odur ki ehtiyac kreditini lazım olan məbləğə və kredit növünə uyğun götürmək məsləhətlidir. Bank əməkdaşı ilə əlaqə saxlayarkən krediti əldə etmək məqsədinizi qeyd etsəniz sizə yardımçı olacaqdır. Həmçinin bankların və kredit təşkilatlarının veb-saytlarında, sosial media kanallarında tez-tez ehtiyac kredit sifarişi və ya istehlak kredit sifarişi başlıqları kimi kredit götürmək şərtləri, kampaniyaları paylaşılır. Buradan da məlumat ala bilərsiniz.

Ehtiyac krediti ilə bütün xərclərinizi yoluna qoyun!

Ehtiyac krediti götürmək müxtəlif maliyyə ehtiyaclarını qarşılamaq üçün ən əlverişli həll yollarından biridir. Ehtiyac krediti təkliflərini dəyərləndirərək işlərinizi daha çevik və rahat yoluna qoyun. Burada faizlər aşağıdır, bəzən ümumiyyətlə tətbiq olunmaya bilər. Məsələn, ehtiyac kreditini taksit kartı olaraq əldə etsəniz, alış-verişləriniz zamanı ümumiyyətlə faiz tətbiq olunmayacaq. Bankdan asılı olaraq komissiyasız nağdlaşdıra və pul köçürmələri edə bilərsiniz. İstənilən halda ehtiyac kredit təkliflərini araşdırın və üstünlüklərindən yararlanaraq həyatınızı yaxşılaşdırın.