Yığım depoziti ilə kiçik addımlarla böyük hədəflərə çatın!
İnternetdən istifadə etdikcə gündəlik həyatımızla bağlı bir çox suallara cavab axtarırıq. Əyləncə, təhsil, alış-veriş və karyera imkanlarından əlavə, maliyyə imkanlarımızı artırmağın yolları da ən çox araşdırılan mövzulardan biridir. Pulunuzu daha düzgün idarə etmək və gələcək planlarınız üçün yığım yaratmaq istəyirsinizsə, yiğim emaneti sizin üçün uyğun seçimlərdən biri ola bilər.
Bəs yiğim emaneti nədir, necə işləyir və hansı üstünlükləri təqdim edir?
Yigim emaneti nedir?
Yigim emaneti müştərilərin müəyyən məqsədlər üçün pul vəsaitlərini banka yerləşdirərək tədricən artırmasına imkan verən depozit növüdür. Bu zaman əmanətçi öz vəsaitlərini bankda daha təhlükəsiz şəkildə saxlayır və müqavilədə müəyyən olunan şərtlərə uyğun olaraq faiz gəliri əldə edir.
Yigim emanetinin əsas xüsusiyyətlərindən biri müştərinin müəyyən müddət ərzində hesabına əlavə vəsait yatıraraq yığımını artırmaq imkanına sahib olmasıdır. Beləliklə, həm gələcək planlar üçün maliyyə ehtiyatı formalaşdırılır, həm də banka yerləşdirilən vəsait faiz hesabına artır.
Yigim depoziti ev, təhsil, səyahət və digər şəxsi məqsədlər üçün planlı şəkildə pul toplamaq istəyən şəxslər üçün əlverişli maliyyə alətlərindən biridir.
Necə hesab açmaq olar?
Yigim depozitleri üzrə hesab açmaq üçün şəxsiyyət vəsiqənizlə bank filiallarına yaxınlaşa və ya bankların mobil tətbiqlərindən istifadə edə bilərsiniz. Hesab açıldıqdan sonra mobil tətbiq vasitəsilə vaxtaşırı əlavə pul yatıra, əmanətin balansını və qazandığınız faiz gəlirini izləyə bilərsiniz.
Yigim emanetinde faiz gəliri necə hesablanır?
Yigim depoziti üzrə faiz dərəcələri banklara görə dəyişir. Əslində daha çox qazanmaq üçün bəzi məqamlara diqqət etmək lazımdır. Belə ki, depozit məbləğinizin miqdarı və seçdiyiniz müddət burada ən vacib məqamlardır. Çünki faiz gəliri depozitinizin məbləğinə uyğun hesablanır. Əmanətinizi geri götürmək müddətini isə yaxşı olar ki, müəyyən müddətli seçəsiniz. Məsələn, 18 ay və ya 24 ay. Çünki belə olduqda əmanətiniz vergilərdən azad olur və faiz dərəcəsi daha yüksəkdən hesablanır. Amma əmanətinizi müddətsiz yerləşdirsəniz, faiz gəliri aşağı olur və milli valyutada olan əmanətlərin faiz gəliri aylıq 200 manatadək olan məbləği vergidən azad olur. Eyni zamanda, müddətsiz yigim emaneti sizə ürəyiniz istədiyiniz zaman pullarınızı geri götürməyə imkan verir. Hansı bankı seçməyinizdən asılı olmayaraq, bu nüansları nəzərə almaqla əmanət yerləşdirməyiniz tövsiyə olunur.
Depozit hesabına sonradan əlavə pul yükləmək olarmı?
Yigim depoziti hesablarının əsas üstünlüyü əmanət balansının sonradan artırıla bilməsidir. Digər sabit əmanət növləri ilkin məbləği qəbul edir və sonradan əlavə pul yükləməyə icazə vermir. Ancaq yigim emaneti bu cəhətdən olduqca münasibdir. Üstəlik əlavə etdiyiniz hər yeni məbləğ də faiz gəliri gətirir. Əgər əmanətinizdə faizlər əsas məbləğə əlavə olunursa, ilkin və sonradan əlavə etdiyiniz vəsaitlər üzərindən gəlir daha sürətlə artmağa başlayır. Yığım əmanətinə əlavə pul yatırmaq üçün bank filialına yaxınlaşa, yaxud bankların mobil tətbiqlərindən istifadə edə bilərsiniz.
Yığım depoziti xarici valyuta ilə daha sərfəlidir, yoxsa manatla?
Bu sualın cavabı maliyyə məqsədlərinizdən, riskə yanaşmanızdan və vəsaitinizi hansı valyutada istifadə etməyi planlaşdırmağınızdan asılıdır. Ümumiyyətlə, manatla yigim emanetleri xarici valyutada olan əmanətlərlə müqayisədə daha yüksək faiz dərəcələri təklif edə bilər. Xarici valyutada açılan yığım əmanətləri isə məzənnə riskini nəzərə alan və vəsaitini həmin valyutada saxlamaq istəyən müştərilər üçün uyğun seçim ola bilər.
Yigim emaneti seçərkən yalnız faiz dərəcəsini deyil, əmanətin müddətini, əlavə vəsait yatırmaq imkanını, faizlərin ödənilmə qaydasını və bankın təqdim etdiyi digər şərtləri də müqayisə etmək tövsiyə olunur.
Yigim emaneti ilə gələcəyinizi bu gündən qurun!
Beləliklə, asan yolla pul qazanmaq üçün kənara atdığınız pulları banka depozit şəklində qoyun. Yaxud pul yığmağa çətinlik çəkirsinizsə, özünüzü hər gün alış-veriş yerlərində görürsünüzsə, qənaətə banka əmanət qoymaqdan başlaya bilərsiniz. Əmanət hesabı açmaq həm də gələcəyinizə, təhsil almaq, biznes açmaq planlarınıza yatırım etmək, sevdiklərinizin və övladlarınızın gələcəyinə daim qazandıran pul ayırmaqdır. Pulunuzu yığa-yığa pullarınızı doya-doya toplayın və hər zaman qazananlardan olun.