Əgər siz öz xəyallarınızın ardınca getməsəniz, başqası sizi öz xəyallarını gerçəkləşdirmək üçün işə götürəcək. Bu, biraz motivasiya edici, biraz da sərt cümlə kimi səslənir. Bəzən şərtlər hər zaman xəyallarımızın arxasınca getməyə uyğunlaşmır. Bəzən isə doğru fürsətləri dəyərləndirmək şanslarını əldən veririk. Ancaq indi verəcəyiniz qərar xəyal yuxularından oyanmaq üçün bir şans ola bilər. Düşünməyin ki, bacarmarsınız və ya pulunuz çatmaz. Bütün uğurlu hekayələrin sirri hər hansısa yola başlamaqdır. Pula qalanda isə necə deyərlər indi pul tapmağa nə var ki? Başını hara çevirsən, rahatlıqla kredit götürmək olar. Üstəlik fərqli-fərqli çeşidlərdə. Məsələ hədəflərimizə çatmaq, yeni uğurlara imza atmaqdırsa, işlərə mikro kredit haqqında araşdırma aparmaqdan başlaya bilərsiniz. Hətta əziyyət çəkməyin. Elə bir neçə dəqiqəyə “Mikrokredit nedir?” sualına birgə cavab tapacağıq.

Mikrokredit yeni bizneslərə pul gətirir!

Mikro kredit nedir? - Mikrokredit daha çox kiçik və orta biznes fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün təklif olunan kredit növüdür. Bu kredit, həmçinin mikro biznes krediti də tanınır. Biznesi böyütmək, yeni layihələr həyata keçirmək və istənilən biznes məqsədləri üçün istifadə oluna bilər. Mikrokreditlər aşağı məbləğlərdə və daha sadələşdirilmiş şərtlərlə təqdim edilir. Bu səbəbdən xüsusilə yeni biznesə başlayanlar, kiçik və orta sahibkarlıq fəaliyyəti göstərənlər üçün effektiv maliyyə mənbəyi kimi qiymətləndirilir.

Mikrokredit necə əldə edilir?

Mikrokredit almaq üçün banka filialda və ya onlayn şəkildə müraciət edə bilərsiniz. Müraciət zamanı bankın tələblərindən asılı olaraq şəxsiyyət vəsiqəsi, biznes fəaliyyəti, gəlirlər və VÖEN haqqında məlumatların təqdim edilməsi tələb oluna bilər.

Onlayn müraciət etmək üçün bankın veb-saytına və ya mobil tətbiqinə daxil olaraq uyğun kredit məhsulunu seçmək kifayətdir. Onlayn biznes kreditionlayn mikrokredit üçün müraciət prosesi vaxtınıza qənaət etməyə və kredit şərtləri ilə əvvəlcədən tanış olmağa imkan verir.

Bundan əlavə, bəzi bankların təqdim etdiyi mikrokredit kalkulyatoru vasitəsilə kredit məbləğini, müddətini və təxmini aylıq ödənişi əvvəlcədən hesablamaq mümkündür. Bu isə maliyyə imkanlarınızı nəzərə alaraq daha düzgün qərar verməyinizə kömək edə bilər.

Krediti sifariş edin, məbləğ dərhal hesabınıza köçsün.

Onlayn mikro kredit üçün müraciət etdikdə bank tərəfindən kredit qabiliyyətiniz qiymətləndirilir. Fiziki müraciət zamanı isə bu proses bankın daxili prosedurlarından asılı olaraq daha qısa müddətdə həyata keçirilə bilər. Müraciətiniz təsdiqləndikdən sonra kredit müqaviləsi rəsmiləşdirilir. Müqaviləni imzalamazdan əvvəl faiz dərəcəsi, kredit müddəti, aylıq ödəniş və mümkün əlavə xərclər və ya cərimə şərtləri ilə diqqətlə tanış olmaq vacibdir.

Mikro biznes krediti təsdiqləndikdən sonra kredit vəsaitinin hesabınıza köçürülməsi və ya nağd şəkildə təqdim edilməsi bankın şərtlərinə və seçdiyiniz kredit məhsuluna uyğun olaraq həyata keçirilir.

Ən sərfəli mikrokreditləri kəşf edin.

Gəlin razılaşaq ki, kiçik biznes krediti olan mikrokredit əldə etməkdə əsas hədəfiniz biznesinizi bazarda daha güclü mövqeyə aparmaqdır. Daha az itirmək şərti ilə daha çox qazanmaq üçün kiçik hesablama aparmaq kifayət edir. Diqqətinizi əsasən faiz dərəcəsi, xidmət haqqları, geri ödəniş müddəti və cərimə şərtlərinə yönəltməyiniz faydalı olacaqdır. Faiz dərəcəsi, aylıq və ümumi kredit ödənişlərini mikro kredit kalkulyatoru vasitəsilə öncədən öyrənə bilərsiniz. Bankların saytında və mobil tətbiqində yerləşən bu alət kredit məbləğini və müddətini seçdiyiniz halda sizə bu məlumatları anında təqdim edir. Beləliklə, müxtəlif bankların təklif etdiyi mikro kredit online alətlər vasitəsilə hesablanaraq müqayisə olunur. Nəhayət ən sərfəli biznes kreditini sifariş edə bilərsiniz.

Planınız hazırdırsa, növbəti addım mikrokredit olsun!

Biznes dünyasında vəziyyət qiymətlərin, tələbin və bazar şərtlərinin dəyişməsi ilə daim yenilənir. Bəzən aylarla hazırlanan proqnozlar özünü doğruldur, bəzən isə bazardakı gözlənilməz dəyişikliklər yeni qərarlar verməyi tələb edir. Belə məqamlarda çevik davranmaq və yaranan imkanları vaxtında dəyərləndirmək biznes üçün mühüm üstünlük yarada bilər.

Biznesinizi inkişaf etdirmək, dövriyyə vəsaitlərinə olan ehtiyacı qarşılamaq və yeni imkanlardan yararlanmaq üçün mikrokredit maliyyə alətlərindən biri ola bilər. Düzgün planlaşdırıldıqda mikrokredit biznesin cari xərclərinin qarşılanmasına, fəaliyyətin genişləndirilməsinə və qarşıya qoyulan maliyyə məqsədlərinə çatmağa dəstək verə bilər.