Həyatın ritmi dəyişdikcə maliyyə ehtiyacları da daha çevik həllər tələb edir. Elə buna görə də bu gün kredit almaq üçün saatlarla bankda vaxt keçirməyə ehtiyac yoxdur. Hazırkı dövrdə ən qiymətli resurs vaxtdır. Necə deyərlər, "vaxt qızıldır." Onlayn kredit xidmətləri də məhz vaxtınıza qənaət etmək üçün yaradılıb. Müraciətinizi istədiyiniz yerdən edə, kredit şərtləri ilə tanış ola və uyğun olduqda vəsaiti qısa müddətdə əldə edə bilərsiniz. Beləliklə, həm vaxtınıza qənaət edir, həm də maliyyə ehtiyaclarınızı operativ şəkildə qarşılaya bilirsiniz.

Onlayn kredit üçün necə müraciət etmək olar?

Mobil cihazlar və ya kompüter vasitəsilə evdən çıxmadan online kredit goturmek mümkündür. Bunun üçün bankın və ya kredit təşkilatının veb-saytına, yaxud mobil tətbiqinə daxil olursunuz. Kredit məhsullarını incələyərək istədiyiniz krediti sifariş etməyə başlayırsınız. Müraciət zamanı şəxsi məlumatlar, şəxsiyyət vəsiqəsi məlumatları, kredit məbləği və müddəti kimi əsas məlumatlar doldurulur. Daha sonra bank müraciəti qiymətləndirir və kredit şərtləri barədə məlumat təqdim edir. Şərtlər uyğun olduqda müqavilə təsdiqlənir və vəsait hesabınıza köçürülür və ya məhsulun şərtlərinə uyğun olaraq filialdan əldə olunur.

 

Kredit vesaiti sizə necə təqdim olunur?

Onlayn kredit üçün müraciət edərkən ilk növbədə ehtiyacınıza uyğun kredit məhsulunu seçməyiniz vacibdir. Əgər məqsədiniz gündəlik alış-veriş və ya nağdsız ödənişlərdirsə, kredit kartı daha uyğun seçim ola bilər. Nağd vəsaitə ehtiyacınız varsa, bu halda nağd kredit məhsuluna müraciət etməyiniz məqsədəuyğundur.

Müraciətiniz təsdiqləndikdən sonra vəsait seçdiyiniz kredit məhsulunun şərtlərinə uyğun olaraq bank hesabınıza köçürülə və ya filial vasitəsilə nağd şəkildə təqdim oluna bilər. Kredit kartı sifariş etdiyiniz halda isə kredit limiti birbaşa kartınıza yüklənir və ondan dərhal istifadə edə bilirsiniz. Bununla belə, kredit kartındakı vəsaiti nağdlaşdırarkən əlavə komissiya və ya digər şərtlərin tətbiq oluna biləcəyini nəzərə almaq vacibdir.

Kimlər onlayn kredit götürə bilər?

Minimum halda 18 yaşdan yuxarı hər bir vətəndaş online kredit almaq üçün müraciət edə bilər. Bir çox banklarda bu hədd 21 yaşdan yuxarı götürülür. Əsasən rəsmi gəliri olan şəxslərə üstünlük verilir. Ancaq bəzi kredit təşkilatları rəsmi gəlir təqdim etmədən də kiçik məbləğlərdə kreditlər təklif edirlər.

Onlayn və ənənəvi kredit faizləri eynidirmi?

Kredit online şəkildə əldə olunduqda həm müştərilərin, həm bankların işləri kifayət qədər asanlaşır. Online kredit faizləri adətən ənənəvi kreditlərin faiz həddindən fərqlənmir. Ancaq bəzən onlayn sifarişlər üçün xüsusi endirimlər və kampaniyalar həyata keçirilir. Bu barədə kredit təşkilatlarının sosial media hesablarından məlumatları izləsəniz, xəbər ala bilərsiniz.

Onlayn kredit seçərkən nələrə diqqət etməli?

Onlayn kredit müraciəti zamanı müxtəlif bankların və kredit təşkilatlarının təkliflərini, xüsusilə faiz dərəcəsi, kredit müddəti və aylıq ödəniş şərtlərini müqayisə etmək vacibdir. Müqaviləni təsdiqləməzdən əvvəl bütün şərtləri diqqətlə oxumaq və ödəniş tarixlərini nəzərə almaq gələcək maliyyə yükünün qarşısını almağa kömək edir.

Həmçinin kredit üçün yalnız rəsmi və lisenziyalı maliyyə qurumlarına müraciət etmək tövsiyə olunur.

 

Bank cibinizdədirsə, niyə növbə gözləyəsiniz?

İşlər qaydasında getmirsə, yaxud daha böyük işlərə imza atmaq istəyirsinizsə, vaxt itirmədən online kredit goturmek barədə düşünə bilərsiniz. Beləliklə, həm vaxtınıza qənaət edəcək, həm də stresli bank proseslərindən azad olacaqsınız. Kredit təkliflərini müqayisə edin, ən sərfəli olanı seçin və ödənişlərinizi gecikdirməyin. Unutmayın ki, doğru istifadə edildikdə onlayn kreditlər sizin üçün ideal maliyyə mənbəyi ola bilər.