Girovla kredit götürməyin əsas şərtləri və imkanları
Müasir dövrdə sahib olduğumuz maddi dəyərləri düzgün şəkildə idarə etmək və ehtiyac yarandıqda onları maliyyə imkanına çevirmək olduqca asan və rahatdır. Maddi imkanlar artdıqca isə gündəlik işlərimizi, planlarımızı və məqsədlərimizi həyata keçirmək daha asan olur. Bunun üçün maliyyə bazarları da güclü idarəedici təşkilatlar və geniş imkanlarla zəngindir.
Təkcə bankların təqdim etdiyi kredit məhsullarının faydalarından saatlarca danışmaq olar. Çünki hər bir kredit məhsulu fərqli ehtiyaclara cavab vermək üçün hazırlanır. Bəzi hallarda isə insanlar sahib olduqları əmlak və ya qiymətli əşyaları dəyərləndirərək əlavə maliyyə əldə etmək istəyirlər. Məhz belə vəziyyətlərdə girovla kredit goturmek imkanları ön plana çıxır.
Gəlin, bu məhsullardan biri olan girovla kredit goturmek imkanları, onun üstünlükləri və istifadə qaydaları haqqında daha ətraflı danışaq.
Girov krediti nedir?
Girov krediti borcalanın müəyyən əmlakı təminat kimi təqdim edərək əlavə maliyyə vəsaiti əldə etdiyi kredit növüdür. Təminat qismində ev, mənzil, torpaq sahəsi, avtomobil və digər daşınar və daşınmaz əmlak növlərindən istifadə oluna bilər.Girov kimi təqdim edilən əmlak adətən borcalanın öz adına və ya kredit şərtlərinə uyğun olaraq müəyyən edilmiş şəxslərin adına rəsmiləşdirilmiş olmalıdır. Girovla kredit faizleri və digər şərtlər bankın siyasətindən, kredit məbləğindən, müddətindən və təqdim olunan girovun dəyərindən asılı olaraq dəyişə bilər.
Girovun olması kredit üçün əlavə təminat yaratdığı üçün girovlu kreditler bəzi hallarda digər kredit məhsulları ilə müqayisədə daha uzun müddətə və daha uyğun şərtlərlə təqdim oluna bilər.
Girovla kredit götürərkən hansı sənədlər tələb olunur?
Girov krediti üçün tələb olunan sənədlər kredit təşkilatının tələblərindən asılı olaraq dəyişə bilər. Lakin ümumilikdə müraciət zamanı borcalanın şəxsiyyət vəsiqəsi, rəsmi gəliri təsdiq edən sənədlər və girov kimi təqdim olunan əmlakın mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) tələb olunur.
Bundan əlavə, girov qoyulan əmlakda qeydiyyatda olan şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri və razılıqları, həmçinin ipoteka müqaviləsinin notarial qaydada təsdiqi tələb oluna bilər. Kredit təşkilatı müraciətin xüsusiyyətindən asılı olaraq əlavə sənədlərin təqdim edilməsini də istəyə bilər.
Daşınmaz əmlak təminatlı kredit nə imkanlar yaradır?
Harada yaşamağımızdan və kim olmağımızdan asılı olmayaraq, hər birimizin həyata keçirmək istədiyi böyük planları və ya layihələri var. Buraya şəxsi biznes qurmaqdan tutmuş investisiya ayırmağa qədər bir çox istiqamətlər daxil ola bilər. Bu kimi hallarda ehtiyac olan məbləğləri əldə etmək üçün torpaq girovu ile kredit və ya evi girov qoymaq kredit götürmək baxımdan ideal seçimlərdəndir. Çünki banklarda daşınmaz əmlak təminatlı nağd kredit götürmək istəyən müştərilərin kredit məbləğini və kredit götürmək müddətini müvafiq olaraq daha yüksək və uzunmüddətli seçmək şansı olur. Bundan başqa, ev girov krediti və ya torpaq girovu krediti götürərkən hədəflərinizə daha sürətli çatacaqsınız və sizin üçün əlçatmaz görünən məbləği daha kiçik ödənişlərlə hissəli şəkildə geri qaytarmaq fürsətiniz olacaq. Banklarda daşınmaz əmlak təminatlı kredit faizləri digər oxşar kredit məhsulları ilə müqayisədə daha aşağıdır. Banklardan asılı olaraq 10%-12%-dən başlayaraq dəyişir.
Girov krediti kalkulyatoru nədir?
Girov kredit kalkulator fiziki və hüquqi şəxs olmasından asılı olmayaraq, bütün borcalanlar üçün işləri asanlaşdıran və sürətləndirən maliyyə alətidir. Belə ki, müştərilər girov qoyaraq götürəcəkləri ümumi kredit məbləğini, aylıq ödənişləri və kredit faizlərini öncədən hesablaya bilir. Sözügedən alət asanlıqla rəqəmləri və faizləri dəyişərək nəticəni görməyə imkan verir. Girov kredit kalkulyatoru borcalanlar və borcverənlər üçün əlavə vaxt itkisinin qarşısını alır, işləri sürətləndirir və şəffaflığı qoruyur. Yaxşı olar ki, kalkulyatorla hesablamalar apardıqdan sonra sərfəli kredit şərtləri olan bankları özünüz üçün qeyd edin. Daha sonra veb-sayt və ya sosial media hesabları vasitəsilə banklarla əlaqə saxlayıb əlavə endirim və ya kampaniyaların olub-olmadığını maraqlanın. Beləliklə, ən sərfəli girov krediti əldə etmək fürsətinizi optimallaşdırmaq mümkündür.
Girovunuzu maliyyə imkanına çevirin!
Girovla kredit götürərkən mütləq şəkildə bankların şərtlərini və cari kampaniyalarını araşdırmağınız məqsədəuyğundur. Götürəcəyiniz məbləğ yüksək olduğu üçün bu halda işin içindən qazanclı çıxmaq mümkündür. Həmçinin bayram ərəfəsi endirimləri, xüsusi peşə günlərində olan endirimlər və digər imkanlar da mövcuddur. Əsas odur ki, əlinizdə olan mülkü potensial gəlirə çevirməkdən, yaxud maddi çətinliklərinizi aradan qaldırmaqdan çəkinməyin. Düzgün planlama bütün işlərinizi yoluna qoymaqda və maliyyə risklərinizi minimuma endirməkdə sizə kömək edəcək.