Hər birimizin həyata keçirmək istədiyi kiçik və böyük planları var. Bəzən bu planlar yeni bir alış-veriş, şəxsi inkişaf üçün addım, bəzən isə gözlənilməz yaranan ehtiyaclarla bağlı olur. Lakin bəzi məqamlarda mövcud büdcə bütün istəkləri eyni anda qarşılamağa kifayət etmir.

Belə hallarda lombard krediti sahib olduğunuz qiymətli əşyaları dəyərləndirərək əlavə maliyyə imkanı yaradır. Yəni ehtiyac duyduğunuz anda əşyalarınızı satmadan, onları girov kimi istifadə etməklə vəsait əldə edə bilərsiniz.

Lombard krediti nədir?

Lombard krediti borcalanın qiymətli əşyasını (məsələn, qızıl, saat, texnika və s.), yaxud digər mülkünü girov qoyaraq aldığı nağd pul kreditidir. Bu kredit növünün rəsmiləşməsi tez başa çatır, çox sayda sənəd toplamağa ehtiyac qalmır, həmçinin əksərən rəsmi gəlirin olmasına dair tələb qoyulmur. Bu səbəbdən də xüsusilə təcili pula ehtiyacı olanlar sürətli çıxış yolu kimi bu kreditə üz tuturlar. Banklardan və lombard filiallarından əldə etmək mümkündür. Borcalan girov qoyaraq krediti götürdükdən sonra ödənişləri vaxtlı-vaxtında ödəməlidir ki, girov qoyduğu əşyasını itirməsin. Əgər ödənişlər gecikərsə və ya ümumiyyətlə edilməzsə, lombard qanunvericiliyə əsasən həmin girovu satışa çıxarıb borcu bağlaya bilər. Odur ki kredit götürərkən bütün nüansları öncədən dəqiqləşdirmək, gələcək üçün maliyyə planlaması etmək faydalı olacaqdır. Bunun üçün lombard krediti kalkulyatoru aləti ilə hesablamalar apararaq da addımlarınızı planlı şəkildə ata bilərsiniz. 

Kimlər lombard krediti ala bilər?

Ölkəmizdə qanunvericiliyə uyğun olaraq yetkinlik yaşına çatmış şəxslər lombard krediti üçün müraciət edə bilərlər. Kreditin təqdim olunması zamanı əsas meyarlardan biri girov kimi təqdim edilən əşyanın dəyəri və müəyyən edilmiş tələblərə uyğunluğudur. Qiymətləndirmə nəticəsində əşyanın bazar dəyərinə əsasən mümkün kredit məbləği müəyyən edilir.

Lombard krediti zamanı girov tələbləri nələrdir?

Qızıl-zinət əşyaları, elektron cihazlar, bahalı saatlar və s. girov olaraq təqdim edilə bilər. Lombard qizil krediti götürmək istəyən müştərilərin qızıl-zinət əşyalarını qiymətləndirir və onun bazar dəyərinin təxminən 60-80%-i miqdarında nağd pul krediti təklif edir. Qızılın əyarı və çəkisi kredit məbləğinə birbaşa təsir edir. Əgər qızıl orijinaldırsa və yüksək ayarlıdırsa, daha çox məbləğ almaq mümkündür. 

Faiz dərəcələri və ödəniş şərtləri necədir?

Lombard kreditlərinin faiz dərəcələri borcverən şirkətə, kredit məbləğinə, girovun növünə görə və borcverən şirkətin digər şərtlərinə əsasən dəyişir. Kredit müddəti 1-3 aydan başlayaraq daha yüksək müddətlərə qədər təyin edilə bilər. Kreditin geri qaytarılması zamanı faizlə birlikdə əsas məbləğ geri ödənilir və girov əşyası müştəriyə qaytarılır. Müddətində ödənilməyən kreditlərdə isə lombard həmin əşyanı satışa çıxarmaq hüququna malikdir.

Lombard kreditinin məbləği nədən asılıdır?

Borcalanlar arasında qizil lombard kreditləri üçün ən ideal və yüksək qazanclı girov növü hesab edilir. Ancaq əslində bütün girov növləri üzrə yüksək kreditlər əldə etmək mümkündür. Burada kredit faizlərinə diqqət yetirmək də vacibdir.  Əgər yüksək məbləğdə kredit almaq istəyirsinizsə, girov əşyanızın bazar dəyəri yüksək olmalıdır. Məsələn, qızıl, brend saatlar və s. Rəsmi fəaliyyət göstərən lombardlara və banklara üz tutmaq girovunuzun daha şəffaf şəkildə dəyərləndirilməsinə şərait yaradacaq. Lombard krediti kalkulyatoru aləti ilə kreditə götürmək istədiyiniz məbləği neçə faizlə əldə edə biləcəyinizi, faizini və ümumi məbləği hesablayın. Bu alət bankların veb-saytında və mobil tətbiqində yer alır. Bundan başqa, xüsusilə bahalı saatlar və texniki cihazlar üçün məhsulun orjinal qutusu, qəbzi və sertifikatları kreditin məbləğinə birbaşa təsir edir. Bütün bu nüansları nəzərə alaraq yüksək məbləğli və sərfəli faizləri olan kreditləri əldə edə bilərsiniz.

Dəyərli əşyalarınızla həyatınıza yeni dəyərlər qatın!

Lombard kreditləri arzularınıza gedən yoldan tutmuş ən çətin anlarınıza qədər hər zaman üz tuta biləcəyiniz maliyyə dostu məhsuludur. Daha rahat əldə olunması və qısa zamanda rəsmiləşməsi işləri daha da yoluna qoyur. Geriyə qalan ən sərfəli lombard kreditini tapmaq və sifariş etməkdir. Kredit götürərkən məbləği çalışın ki, ehtiyaclarınıza və gələcək planlarınıza uyğun müəyyənləşdirəsiniz. Kiçik addımlarla böyük uğurlar qazanmaq üçün hər zaman yüz ölçüb bir biçməkdə fayda var.