Günümüzdə debet kartlar gündəlik ödənişləri daha rahat və çevik şəkildə həyata keçirməyə imkan verir. Xarici platformalardan alış-veriş etməkdən tutmuş onlayn xidmətlərdən yararlanmağa, sevdiklərinizə pul göndərməkdən müxtəlif ödənişləri bir neçə toxunuşla həyata keçirməyə qədər bir çox imkan məhz kart vasitəsilə əlçatan olur.

Müasir dövrdə bank kartları təkcə ödəniş vasitəsi deyil, həm də gündəlik maliyyə əməliyyatlarını daha asan idarə etməyə kömək edən rahat həllərdən biridir. Gəlin, debet kartların imkanları və üstünlükləri ilə daha yaxından tanış olaq.

Debet kart: Gündəlik ödənişlərin rahat həlli

Debet kart müxtəlif ödənişləri həyata keçirməyə imkan verən, pul vəsaitlərinizi saxlamaq üçün etibarlı və təhlükəsiz bank məhsuludur. Bu kartlar vasitəsilə marketdə, aptekdə, restoranlarda və ya onlayn alış-verişdə rahat şəkildə ödəniş etmək, kartdan-karta pul göndərmək, bir sözlə, əksər pul əməliyyatlarınızı həyata keçirmək mümkündür. Kartı əldə etdiyiniz bankın mobil tətbiqinə daxil olaraq debet kartınız vasitəsilə müxtəlif onlayn əməliyyatlar icra edə bilərsiniz. Debet kartı ilə edəcəyiniz alış-verişlərə, xərcləyəcəyiniz məbləğə heç bir məhdudiyyət tətbiq edilmir. Təkcə təmassız ödənişlərdə müəyyən limitlər tətbiq edilə bilər ki, bu da təhlükəsizlik məqsədi daşıyır. 

Debet kart sifarişi necə həyata keçirilir?

Ölkəmizdə bütün banklardan debet kartlar əldə etmək, hətta demək olar bütün banklardan pulsuz debet kart sifarisi etmək də mümkündür. Debet kart sifarisi onlayn formada bankların mobil tətbiqləri və veb-saytları vasitəsilə, ənənəvi şəkildə isə bank filiallarına yaxınlaşmaqla həyata keçirilir. Sənəd olaraq isə sadəcə şəxsiyyət vəsiqənizi təqdim etməyiniz kifayətdir. Hətta bəzi bankların mobil tətbiqləri vaistəsilə anındaca rəqəmsal pulsuz debet kart sahibi ola bilərsiniz. Bu kart ancaq onlayn əməliyyatlar üçün keçərlidir. Hazırda debet kartlarını manat, dollar və avro valyutasında əldə etmək mümkündür.

Debet kartı itirdikdə nə etmək lazımdır?

Əgər plastik debet kartınız varsa və onu itirsəniz, yaxud oğurlasalar, bankın mobil tətbiqi vasitəsilə avtomatik şəkildə kartı bloklamağınız məsləhətlidir. Bu zaman kənar şəxslərin kartınızdan istifadə etməsinin qarşısını alırsınız. Daha sonra isə bankla əlaqə saxlayaraq kartınızı yeniləyə bilərsiniz.

Daha çox keşbek qazandıran debet karti necə seçmək olar?

Keşbek imkanları təqdim edən debet kartlar kifayət qədər çoxdur. Kart seçərkən əsas məqam gündəlik xərclərinizə uyğun olan variantı müəyyənləşdirməkdir. Əgər daha çox müəyyən kateqoriyalar üzrə alış-veriş edirsinizsə, həmin istiqamətlərdə daha yüksək keşbek təqdim edən kartlardan yararlanmaq daha sərfəli ola bilər.

Həmçinin bir neçə bankın təklif etdiyi debet kart sifarisi imkanlarını müqayisə edərək, fərqli üstünlüklər təqdim edən kartlardan ehtiyaclarınıza uyğun istifadə edə bilərsiniz. Məsələn, Yelo Bankın “Yelo Light” debet karti ilə gözəllik salonları, kinoteatrlar, aviabilet alışları və digər xüsusi kateqoriyalar üzrə keşbek imkanlarından yararlanmaq mümkündür.

Debet kartınızla həyatın ritmini tutun!

Debet kartları alış-veriş etməyi, bol-bol səyahət etməyi, özünə qayğı göstərməyi, həyatdan zövq almağı, pul toplamağı və xərcləməyi sevənlərin, bir sözlə, hamının sevimli cib dostudur. Üstünüzdə pul gəzdirmirsiniz, o sizi bütün dünyada gəzdirir. Pul xırdalamaq kimi dərdiniz olmur, qəpiyinə qədər dəqiq ödənişlər edirsiniz. Üstəlik alış-veriş edəndə, hətta etməyəndə də qazanırsınız. Çünki hazırda debet kartlarla onlayn, ənənəvi, həmçinin NFC və digər bir çox ödənişlərdə əlavə keşbekler qazanırsınız. Hətta kartınızın balansında qalan qalığa da aylıq və illik gəlir hesablanır. Sevimli bankınızın kartı ilə həyatdan zövq almaq vaxtıdır.