Taksit kartları haqqında vacib məqamlar!
Alış-veriş ehtiyacları və xərclər artdıqca, ödənişləri daha rahat idarə etmək də vacibləşir. Hər zaman böyük məbləğləri birdəfəlik ödəmək mümkün olmur. Buna görə də bir çox insan alış-verişlərini hissə-hissə ödəməyə imkan verən maliyyə həllərinə üstünlük verir. Taksit karti məhz bu ehtiyacı qarşılayan ödəniş vasitələrindən biridir. Bu kart sayəsində alış-verişlərin dəyərini bankın təqdim etdiyi şərtlərə uyğun olaraq hissələrə bölərək ödəmək mümkündür.
Bəs taksit karti nedir, necə işləyir və hansı üstünlükləri təqdim edir?
Taksit karti nedir? İstifade formalari
Taksit karti alış-veriş etməyi sevənlərin sevimli ödəniş vasitəsidir. Həmçinin təcili xərclər yaranan zaman, müxtəlif endirim kampaniyalarını dəyərləndirmək baxımdan da üstün xüsusiyyətlərə sahibdir. Çünki bu kartlar vasitəsilə məhsul və ya xidmət alarkən ödənişi birdəfəlik deyil, bir neçə ay ərzində bərabər hissələrə bölərək ödəyə bilərsiniz. Müddət 1-3 aydan başlayaraq 24-36 aya qədər banklardan asılı olaraq dəyişə bilir. Kartın məbləği borcalanın rəsmi gəlirinə, iş stajına, kredit tarixçəsinə və digər nüanslara əsasən təyin olunur. Əsas üstünlüyü isə bankın tərəfdaş olduğu mağazalarda alış-veriş etdikdə əlavə faiz hesablanmır. Həm az-az ödəyir, həm də faizsiz şəkildə yalnız xərclədiyiniz məbləği geri qaytarırsınız.
Alış-veriş planlarınızı təxirə salmayın!
Təsəvvür edək ki, sevimli mağazanızda müddətli endirim kampaniyası elan olunub. Məhsulların qiyməti də kifayət qədər ucuzlaşıb. Amma hamısını alacaq qədər pulunuz yoxdur. Yaxud gözlənilməz şəkildə yaranan tibbi xərclərinizi qarşılamağa çalışırsınız. Bu zaman taksit kartlari köməyinizə çatır. Bütün xərclərinizdə ümumi məbləği aylara böldürə bilərsiniz. Beləliklə, sözügedən kartlar əyləncənizdən tutmuş sağlamlığınıza qədər bir çox məqamlarda işlərin öhdəsindən ustalıqla gələn super qəhrəmana çevrilir.
Taksit karti üçün müraciət şərtləri nələrdir?
Adətən taksit karti rəsmi iş yeri və ya davamlı gəliri olan şəxslərə təqdim olunur. Müəyyən banklarda son iş yerində minimum 3-6 ay staj müddəti də tələb oluna bilər. Ümumilikdə taksit karti əldə etmək üçün əsas şərtlər rəsmi gəlir, müsbət kredit tarixçəsi və müəyyən yaş həddi tələbinə uyğun olmaqdır.
Xaricdə belə alış-verişinizi rahat və planlı şəkildə həyata keçirin!
Onlayın sifarişlərdən tutmuş xarici ölkələrdə alış-verişə qədər ödənişlərinizi taksit kartlari ilə həyata keçirə bilərsiniz. Bunun üçün xarici ölkələrdən məhsul və xidmət alışı mümkün olan bank kartlarını əldə etmək kifayətdir. Taksit kart sifarisi zamanı əlavə faizlərin olmaması üçün yaxşı olar ki, bankın partnyor olduğu mağazalara və məkanlara nəzər yetirəsiniz.
Taksit karti ilə bütün alış-verişləri etmək mümkündürmü?
Bəzən taksit kartları ilə istənilən məhsulu və xidməti almağın mümkün olduğu düşünülür. Lakin bu imkanlar bankın təqdim etdiyi kart növündən və tərəfdaş şəbəkəsindən asılı olaraq dəyişə bilər. Bəzi taksit kartlari elektronika, geyim, kosmetika və məişət məhsulları üzrə geniş seçim təqdim etdiyi halda, digər kartlarda fərqli kateqoriyalar üzrə üstünlüklər mövcud ola bilər.
Bununla yanaşı, bəzi taksit kartları daha geniş istifadə imkanlarına malikdir və müxtəlif alış-verişlər zamanı ödənişləri hissə-hissə həyata keçirməyə imkan yaradır. Məsələn, Yelo Bankın taksit karti ilə tərəfdaş mağazalarda hissəli ödəniş imkanından yararlanaraq alış-verişlərinizi daha rahat şəkildə planlaşdıra bilərsiniz.
Daha çoxunu alın, az-az ödəyin, xərclərinizi idarə edin!
Böyük alış-verişlər büdcənizə zərər verməsin! Taksit kartlari sizə istədiyiniz məhsulu anında almaq, ödənişi hissə-hissə, rahat şəkildə etmək imkanı verir. Beləliklə, birdəfəlik böyük məbləğ xərcləmədən, büdcənizi planlı şəkildə idarə edə bilərsiniz. Faizsiz ödəniş fürsətləri və uzunmüddətli taksit imkanları ilə alış-verişin rahatlığını yaşayın. Qeyd edək ki, taksit kart sifarisi üçün bankların veb-saytlarına keçid edə və filiallara yaxınlaşa bilərsiniz.