Vaxtilə evlərdəki sandıqlar ailənin gələcəyi üçün yığılan vəsaitlərin qorunduğu ən etibarlı yerlərdən biri idi. Bu gün isə həmin ənənə texnologiyanın imkanları ilə dəyişib. İnsanlar artıq yığımlarını bank depozitlerində saxlayaraq həm pullarını qoruyur, həm də əlavə gəlir əldə edirlər. İndi depozit anlayışı həmin sandıqları daha təhlükəsiz və bərəkətli ünvanlara dəyişib. Söhbət banka depozit qoymaq ənənəsindən gedir. Bəs bu ənənə doğma sandıqlarımızdan nə ilə fərqlənir? Ümumiyyətlə depozit nedir? Depozitdən necə pul qazanmaq olar?

Depozit nedir sualı ilə açaq sandığı, tökək pambığı!

Depozit (emanet) müştərinin müəyyən müddətə və faizlə banka yerləşdirdiyi pul vəsaitidir. Müştərilər əmanətlərini banka yerləşdirməklə həm onu daha təhlükəsiz yerdə saxlayır, həm də depozit faizleri hesabına gəlir qazanmış olur. Müxtəlif növ depozitlər var: tələbli (müddətsiz), müddətli, yığım depozitləri və s. Müddətli depozitlər müəyyən müddət üçün yerləşdirilir və daha yüksək dərəcəd faiz verir. Adətən bu müddət üç aydan başlayaraq müxtəlif müddətlərə qədər dəyişir. Seçilən müddəti sonradan artırmaq da mümkündür. Tələbli depozitlər isə istənilən vaxt geri götürülə bilər, lakin faiz gəliri azdır, bəzən ümumiyyətlə fazi gəliri hesablanmır. Yığım depozitlərində müştərilər hər ay və ya müəyyən zaman aralıqları ilə hesaba pul əlavə edə bilər. Həm fiziki, həm də hüquqi şəxslər banka depozit qoymaq üçün müraciət edə bilər. Banklarda depozit faizleri və şərtləri müxtəlidir. 

Banka emanet qoymaq pul xərcləmək qədər sürətlidir!

Depozit hesabi açmaq üçün banka yaxınlaşa, yaxud bankların veb-saytları və mobil tətbiqləri vaistəsilə onlayn müraciət edə bilərsiniz. Məbləği müraciət formasından asılı olaraq, nağd şəkildə və onlayn bank kartlarınız vasitəsilə təqdim edirsiniz. Bundan başqa, ad, soyad, şəxsiyyət vəsiqəsi məlumatları kimi bəzi vacib məlumatlarınızı təqdim edirsiniz və müraciətinizi rəsmiləşdirirsiniz. Olduqca asan və sürətli prosedurdur. Əlavə gəlir mənbələri, zamin, girov və s. kimi tələblər irəli sürülmür.

Depozit faizlerini gəlir mənbəyinə çevirin!

Bank depozit faizleri dəyişkən olsa da kiçik bir araşdırma edərək yüksək faiz gəlirləri təklif edən bankları tapmaq mümkündür. Bunun üçün bankların depozit kalkulyatoru aləti müştərilərin xidmətindədir. İstənilən bankın veb-saytına, yaxud mobil tətbiqinə daxil olaraq əmanət məbləği və müddətini seçməklə emanet kalkulyatoru ilə aylıq və illik depozit gəlirinizi hesablaya bilərsiniz. Məbləğ avtomatik şəkildə sizə təqdim olunur. Bu alət sizin hansı bankda depozit hesabı açmaqla bağlı qərar verməyinizə köməklik edəcək.

Depozit faizleri gəlirlərini hesablayın, şərtləri öz xeyrinizə dəyişin!

Əmanət hesabı açarkən faiz gəlirləri bir çox nüanslardan asılı olaraq hesablanır. Bu, depozitin müddətinə, depoziti geri götürmək zamanına, depozit məbləğinə və digər amillərə görə dəyişir. Bundan başqa, depozitin valyutasına görə də faizlərin hesablanması fərqlidir. Hazırda manat, avro və dollar valyutasında banka depozit qoymaq mümkündür. Ümumiyyətlə banklarda depozit faizleri barədə ən son yeniliklərlə tanış olmaq üçün internetdə bank depozit faizleri 2025, yaxud bank depozit faizleri 2026 yazaraq axtarış edə bilərsiniz.

Depozit hesabi ilə pulunuzu dəyərləndirin!

Depozitlər təkcə sahib olduğumuz maddi vəsait statusunu daşımır. Onlar həm də gələcək xərclərimizin, hədəflərimizin, arzularımızın sığortalanmış investisiya mənbəyidir. Beləliklə, kənara atdığımız hər bir manat belə sizə daha çoxunu qazandırmış olur. Pulunuzu etibarlı yerlərdə saxlamaqla qazancınızı daha da artıra bilərsiniz. Elə indi axtarış edin, depozit kalkulyatoru ilə yüksək faizli bank əmanətlərini tapın və pulunuzu vaxt itirmədən depozitə çevirin.