İstehlak krediti: Büdcənizə dəstək, yoxsa əlavə maliyyə yükü?
Zaman keçdikcə maliyyə imkanlarımızı artırmaq və ehtiyaclarımızı daha rahat qarşılamaq üçün fərqli həllərdən istifadə edirik. Artıq müxtəlif kredit məhsullarından yararlanmaq gündəlik maliyyə planlamasının bir hissəsinə çevrilib. Çünki bəzən böyük alış-verişlər, təhsil, səyahət, tibbi xərclər və digər ehtiyaclar üçün tələb olunan məbləği qısa müddətdə toplamaq mümkün olmur. Belə hallarda kredit məhsulları maliyyə ehtiyacını qarşılamağa və planları təxirə salmamağa kömək edə bilər. Xüsusilə şəxsi ehtiyacların qarşılanması üçün istehlak krediti geniş istifadə olunan maliyyə məhsullarından biridir.
İstehlak krediti nedir?
İstehlak krediti əsasən şəxsi ehtiyacların və gündəlik xərclərin maliyyələşdirilməsi üçün təqdim olunur. Bu kreditlər məişət texnikası və digər əşyaların alınması, avtomobil, səyahət, təhsil, tibbi xərclər və müxtəlif şəxsi ehtiyacların qarşılanması üçün istifadə edilə bilər. Banklar və kredit təşkilatları istehlak krediti üzrə fərqli faiz dərəcələri, müddətlər və ödəniş şərtləri təqdim edir. Kreditin aylıq ödənişini və ümumi geri qaytarılacaq məbləği əvvəlcədən hesablamaq üçün bankların istehlak krediti kalkulyatorundan istifadə etmək mümkündür.
Bəzi banklarda kreditin istifadə məqsədindən asılı olaraq xüsusi kredit məhsulları da təqdim edilir. Məsələn, avtomobil, təhsil və məişət avadanlıqları üçün nəzərdə tutulan kreditlər fərqli şərtlərlə təklif oluna bilər. Buna görə də kredit götürməzdən əvvəl ehtiyacınıza uyğun məhsulları müqayisə etmək və mövcud kampaniyalarla tanış olmaq faydalıdır. Bəzi hallarda bankın tərəfdaş mağazalarında xüsusi endirim və ya digər üstünlüklərdən yararlanmaq da mümkündür. İstehlak kreditinin əldə olunması üçün isə bankın tələblərindən asılı olaraq rəsmi gəlir, zamin və ya girov kimi təminatlar tələb oluna bilər.
Nə qədər kredit götürmək olar?
Ölkəmizdə bankların istehlak krediti məbləği təklifləri dəyişkəndir. Ortalama olaraq minimum 300-400 manatdan başlayaraq müxtəlif məbləğlərdə kredit götürmək olar. Kredit məbləği müəyyən edilərkən rəsmi gəlir, mövcud kredit öhdəlikləri, kredit tarixçəsi, təminat və bankın digər tələbləri nəzərə alına bilər. Buna görə də konkret məbləğ hər bir müştərinin fərdi maliyyə vəziyyətinə uyğun müəyyən edilir.
İşsizlər və təqaüdçülər də istehlak krediti əldə edə bilər
İstehlak kreditləri adətən rəsmi gəlir əsasında təqdim olunur. Buraya müxtəlif peşə sahələrində rəsmi formada əmək fəaliyyəti ilə məşğul olan şəxslər, təqaüdçülər, tələbələr, kiçik biznes sahibkarları və s. aiddir. Banklarda və kredit təşkilatlarında mütəmadi olaraq müxtəlif peşə sahibləri və təqaüdçülər üçün xüsusi sərfəli şərtlərlə də kredit kampaniyaları elan olunur (Məs. müəllimlər, həkimlər və s. üçün). Hər hansısa əmək fəaliyyəti olmayan, yəni işsizlər isə nağd kredit götürmək üçün zamin və ya girov təqdim edə bilər.
Kredit faizini və aylıq ödənişi necə hesablamaq olar?
Kredit götürməzdən öncə banklar arasında araşdırma aparmaq, ödəniş şərtləri ilə yaxşıca tanış olmaq lazımdır. Bunun üçün istehlak krediti kalkulyatoru işlərinizi asanlaşdıracaq. Bu alət vasitəsilə götürmək istədiyiniz məbləğ əsasında banklarda mövcud olan minimum və maksimum kredit faizləri, müddəti ilə tanış ola bilərsiniz. Hansı ki burada sizə aylıq ödənişləriniz və ümumi kredit məbləğiniz təqdim olunur. İstehlak kredit kalkulyator ilə kreditin məbləğini və müddətini artırıb-azaltmaqla sizə uyğun sərfəli şərtləri tənzimləyə bilərsiniz.
Şərtləri öz xeyrinə dəyiş və alış-verişə gecikmə!
İstehlak kreditləri müxtəlif ehtiyacları qarşılamağa və planları təxirə salmamağa imkan yaradır. Kredit götürərkən isə yalnız əldə edəcəyiniz məbləği deyil, aylıq ödənişin büdcənizə nə dərəcədə uyğun olduğunu da nəzərə almaq vacibdir. Kredit müddətini və digər şərtləri müqayisə edərək öz maliyyə imkanlarınıza uyğun seçim edə bilərsiniz.
Məsələn, Nigar yeni avtomobil almaq üçün 5 000 AZN məbləğində kredit götürmək istəyir. 24 aylıq kredit üzrə aylıq ödəniş 250 AZN təşkil edir. Nigar aylıq büdcəsini nəzərə alaraq kredit müddətini 36 aya qədər uzatdıqda aylıq ödənişi 180 AZN-ə qədər azala bilər. Beləliklə, daha uzun müddət seçməklə aylıq maliyyə yükünü azaltmaq və ödənişləri büdcəsinə daha uyğun şəkildə planlamaq mümkündür.
Kredit seçərkən müddətin uzadılmasının ümumi geri qaytarılacaq məbləğə və faiz xərclərinə təsir edə biləcəyini də nəzərə almaq vacibdir. Buna görə də qərar verməzdən əvvəl müxtəlif variantları müqayisə etmək və sizin üçün uyğun olan şərtləri seçmək daha məqsədəuyğundur.