Gözlənilməz xərclər yarandıqda emanetinizi vaxtından əvvəl bağlamaq hər zaman ən sərfəli seçim olmaya bilər. Belə hallarda emanet teminatli kredit sizə həm yığımlarınızı qorumağa, həm də ehtiyac duyduğunuz vəsaiti əldə etməyə imkan verir. Bu kredit növü sayəsində emanetiniz bankda qalır, faiz qazandırmağa davam edir və eyni zamanda kredit üçün təminat rolunu oynayır.

Emanet teminatli kredit nədir?

Emanet teminatli kredit borcalanların banka yerləşdirdikləri şəxsi vəsaitləri hesabına nağd kredit əldə etməsini təmin edən kredit növüdür. Əgər rəsmi gəliriniz, daşınar, yaxud daşınmaz əmlakınız yoxdursa, yaxud onları girov olaraq təqdim etmək istəmirsinizsə, banka depozit yerləşdirərək depozit teminatli kredit əldə edə bilərsiniz. Beləliklə, depozit krediti bankda yerləşdirdiyiniz əmanətin girov kimi istifadə olunması ilə verilir. Yəni siz həm əmanətinizi qoruyursunuz, həm də əlavə nağd vəsait əldə edirsiniz. Adətən bu kreditlər daha aşağı faizlə və daha asan şərtlərlə təqdim olunur. Emanət krediti həm şəxsi xərcləri, həm də biznes ehtiyaclarını qarşılamaq üçün istifadə oluna bilər. 

Emanet təminatli kreditin əsas üstünlüklərindən biri müraciət prosesinin daha sadə olması və kredit şərtlərinin daha əlçatan təqdim edilməsidir. Kredit məbləği adətən bankda yerləşdirilən emanetin məbləğindən asılı olaraq müəyyən edilir. Məsələn, bəzi hallarda bank əmanət məbləğinin müəyyən faizinə qədər kredit təqdim edə bilər.

Bu kredit növü şəxsi xərclərin qarşılanması, planlaşdırılmamış ödənişlər və ya biznes ehtiyacları üçün istifadə oluna bilər. Beləliklə, müştəri həm yığımını qoruyur, həm də ehtiyac duyduğu maliyyə vəsaitinə çıxış əldə edir.

 

Depozit teminatli kreditin üstünlükləri nələrdir?

Emanet teminatli kredit şəxsi vəsaitlərinizi xərcləmədən, yaxud qiymətli əşyalarınızı satmadan ehtiyaclarınızı qarşılamaq imkanı yaradır. Qeyd edək ki, depozit kredit götürmək üçün həm nağd vəsaitlər, həm də qiymətli əşyalar şəklində banka yerləşdirilə bilər. Beləliklə, emanetiniz bankda qalır və sizə faiz qazandırmağa davam edir. Siz isə həmin emanet sayəsində emanet krediti əldə edirsiniz. Depozitiniz sizə həm qazandırır, həm də kredit götürməklə işlərinizi daha rahat və sürətli şəkildə yoluna qoymağa kömək edir. Bundan başqa, kredit tarixçəniz zəifdirsə və ya ümumiyyətlə yoxdursa, bu fürsət həmin tarixçəni yaxşılaşdırmağa kömək edəcək.

Bəs emanetiniz necə qorunur?

Emanet teminatli kredit götürmək istəyənləri əsasən “Emanetimin taleyi nece olacaq?” sualı düşündürür. İlk olaraq qeyd edək ki, əmanətiniz kredit şərtlərinə tam əməl olunduğu halda itirilmir və sizin razılığınız olmadan başqa istiqamətlərə xərclənmir. Burada incə məqam krediti vaxtlı-vaxtında ödəməyinizdir. Bundan başqa, banklarda olan əmanətlər müəyyən məbləğə qədər sığortalanır.

Emanet teminatli kredit hansı şərtlərlə verilir?

İlk olaraq qeyd edək ki, depozit krediti götürmək üçün bankda əmanət hesabınızın olması mütləqdir. Daha sonra depozit teminatli kredit götürərkən maksimum kredit müddəti avtomatik şəkildə əmanət müddətinin bitmə tarixinə uyğun təyin edilir. Əmanətin məbləği isə birbaşa şəkildə götürə biləcəyiniz kreditin maksimal həcmini müəyyənləşdirir. Məsələn, əgər bank sizin əmanətinizin 80%-i qədər kredit təklif edirsə, 10 000 AZN məbləğində olan depozitə görə maksimum 8 000 AZN məbləğində kredit ala bilərsiniz.  

Emanetinizi qoruyun, maliyyə imkanlarınızı artırın!

Bankda əmanət yerləşdirmək gələcəyə yatırım etməyin və yığımlarınızı dəyərləndirməyin effektiv yollarından biridir. Əmanətiniz zamanla sizə faiz gəliri qazandırmaqla yanaşı, ehtiyac yarandıqda əlavə maliyyə imkanlarından istifadə etməyə şərait yaradır. Emanet teminatli kredit sayəsində yığımlarınızı vaxtından əvvəl istifadə etmədən, həmin vəsait əsasında kredit əldə edə bilərsiniz. Beləliklə, həm əmanətinizdən gəlir əldə etməyə davam edir, həm də şəxsi və ya biznes ehtiyaclarınızı daha rahat şəkildə qarşılayırsınız.