Pul qazandıqca xərclənər, xərcləndikcə həyatımızdakı dəyəri də yüksələr.Pul gündəlik həyatımızda ehtiyaclarımızı qarşılamaq, planlarımızı həyata keçirmək və yeni imkanlar yaratmaq üçün vacib vasitələrdən biridir. Alış-veriş, təhsil, tibbi xidmətlər, avtomobil və ev üçün zəruri əşyaların alınması kimi müxtəlif məqsədlər üçün maliyyə vəsaitinə ehtiyac duyuruq.

Ancaq bəzən qarşılaşdığımız planlaşdırılmamış xərclər və ya böyük məqsədlər üçün lazım olan məbləği qısa zamanda toplamaq mümkün olmur. Belə hallarda əlavə maliyyə dəstəyi əldə etmək üçün bankların təqdim etdiyi ehtiyac krediti məhsullarından yararlanmaq mümkündür.

Ehtiyac krediti haqqında bilməli olduğunuz əsas məqamlar

Ehtiyac krediti şəxsi maddi xərclərin maliyyələşdirilməsi üçün istifadə edilən borclanma növüdür. Böyük alış-verişlər zamanı, ödənişi yüksək olan xidmətlərin alışı üçün, gözlənilməz xərcləri və ya digər bütün xərcləri qarşılamaq məqsədilə istifadə olunur. Borcalan bu kimi xərclərini qarşılamağa çətinlik çəkərsə, ehtiyac kreditini asanlıqla əldə edə bilər. Kreditin götürülmə səbəblərindən dolayı ehtiyac kreditini, həmçinin istehlak krediti kimi də adlandırmaq olar. Ehtiyac krediti sifarisi banklar və kredit təşkilatlarının demək olar ki, hər birində mövcuddur. 

Ehtiyac krediti necə əldə edilir?

Banklarda və kredit təşkilatlarında ehtiyac krediti sifarişi ənənəvi və onlayn formada qəbul olunur. Belə ki, maliyyə təşkilatlarının filiallarına yaxınlaşaraq, həmçinin maliyyə şirkətlərinin veb-saytlarında yer alan online kredit bölməsinə daxil olaraq müraciət etmək mümkündür. Online kredit sifarişi işlərinizi daha da sürətləndirəcək. Çünki borcalan vaxt itirmədən və olduğu yerdən ad, soyad, cari əməkhaqqı, kredit məbləği kimi vacib məlumatları qeyd edib, müraciətini ünvanlayır. Ümumilikdə kredit müraciəti təsdiqləndikdən sonra müştərinin bankda kredit hesabı açılır, məbləğ hesaba köçürülür, yaxud kredit məbləği plastik və ya rəqəmsal kredit kartı vasitəsilə təqdim edilir.

Ehtiyac kredit kalkulyatoru ilə aylıq ödənişinizi hesablayın!

Bankların veb-saytlarında təqdim olunan ehtiyac krediti kalkulyatoru (və ya istehlak krediti kalkulyatoru) vasitəsilə kredit məbləğini, faiz dərəcəsini və aylıq ödənişləri əvvəlcədən hesablamaq mümkündür. Bunun üçün istədiyiniz kredit məbləğini və müddəti daxil etməklə müxtəlif ödəniş variantlarını müqayisə edə bilərsiniz. Bu alət gələcək maliyyə planlarınızı daha düzgün qurmağa və büdcənizə uyğun kredit seçməyə kömək edir.

Ehtiyac kreditinin əsas üstünlükləri

Ehtiyac kreditinin üstünlüyü haqqında danışarkən ilk olaraq qeyd edək ki, bu məhsul hər kəs üçün borca pul götürməyə şərait yaradır. Məişət xərclərinin qarşılanması və digər böyük məbləğli kreditlərdən fərqli olaraq daha kiçik məbləğlərin əldə olunması üçün təklif edilir. Nəticədə kiçik məbləğə ehtiyacı olan şəxslər daha uzun kredit prosedurlarından keçmir və müraciətlərinin müsbət cavablandırılması daha real olur. Məbləğ aşağı olduğu üçün kredit faizləri və şərtləri də nisbətən rahat olur. Məbləğdən və bankdan asılı olaraq zamin və ya girov tələb edilmir. Ehtiyac krediti götürmək daha qısa zamana başa gəlir və əsasən bir neçə saat və ya gün ərzində borcalanın hesabına köçürülür. 

Hər ehtiyaca uyğun ehtiyac kredit növləri

 

Ehtiyac kreditləri banklarda müxtəlif məqsədlər üçün fərqli şərtlərlə təqdim olunur. Bu kreditlər avtomobil almaq, ev təmiri, mebel və məişət avadanlıqlarının alınması, təhsil xərclərinin qarşılanması, digər kreditlərin bağlanması və bir çox fərqli ehtiyaclar üçün istifadə oluna bilər.

Kreditin məqsədindən asılı olaraq faiz dərəcələri, müddəti və digər şərtlər dəyişə bilər. Məsələn, avtomobil almaq üçün nəzərdə tutulan kreditlə ev təmiri məqsədilə götürülən kreditin şərtləri bir-birindən fərqlənə bilər. Buna görə də ehtiyaclarınıza və maliyyə imkanlarınıza uyğun kredit məhsulu seçmək vacibdir.

Kredit üçün müraciət edərkən məqsədinizi banka bildirməyiniz sizə daha uyğun seçimlərin təqdim olunmasına kömək edə bilər. Bundan əlavə, bankların veb-saytlarında və rəsmi kanallarında ehtiyac krediti sifarisi və ya istehlak krediti sifarisi ilə bağlı aktual kampaniyalar, şərtlər və müraciət imkanları haqqında məlumat əldə edə bilərsiniz.

Ehtiyac krediti ilə bütün xərclərinizi yoluna qoyun!

Ehtiyac krediti götürmək müxtəlif maliyyə ehtiyaclarını qarşılamaq üçün ən əlverişli həll yollarından biridir. Ehtiyac krediti təkliflərini dəyərləndirərək işlərinizi daha çevik və rahat yoluna qoyun. Burada faizlər aşağıdır, bəzən ümumiyyətlə tətbiq olunmaya bilər. Məsələn, ehtiyac kreditini taksit kartı olaraq əldə etsəniz, alış-verişləriniz zamanı ümumiyyətlə faiz tətbiq olunmayacaq. Bankdan asılı olaraq komissiyasız nağdlaşdıra və pul köçürmələri edə bilərsiniz. İstənilən halda ehtiyac kredit təkliflərini araşdırın və üstünlüklərindən yararlanaraq həyatınızı yaxşılaşdırın.