Biznes krediti ilə biznesinizdə pula-pul deməyin!
Biznes sahibi olanlarla hələ də öz biznesini qurmaq barədə düşünənləri birləşdirən əsas məqamlardan biri maliyyə ehtiyacıdır. Hazırda fəaliyyət göstərən sahibkar biznesini böyütmək, yeni avadanlıq almaq və ya fəaliyyətini genişləndirmək istəyərkən, biznes qurmağa hazırlaşan şəxs ilk addımlar üçün əlavə maliyyə dəstəyinə ehtiyac duya bilər.
Bu baxımdan biznes krediti həm mövcud biznesin inkişaf etdirilməsi, həm də yeni biznes ideyasının həyata keçirilməsi üçün maliyyə imkanlarından biri ola bilər. Dövriyyə vəsaitlərinin artırılması, avadanlıq və digər zəruri xərclərin qarşılanması kimi müxtəlif məqsədlər üçün təqdim olunan biznes krediti biznes planlarının reallaşdırılmasına və yeni imkanların dəyərləndirilməsinə dəstək verə bilər.
Biznes krediti nedir?
Biznes kreditləri sahibkarlara verilən bir növ maliyyə dəstəyidir. Bu kreditlər sahibkarlığın inkişaf etməsi, yeni avadanlıq alınması və ya dövriyyə vəsaitinin artırılması üçün nəzərdə tutulur. Sahibkar müəyyən məbləği banka müraciət edərək götürür və onu müəyyən müddət ərzində faizlə geri ödəyir. Məqsəd isə sahibkarın işini böyütməsi və daha çox gəlir əldə etməsidir. Məsələn, bir çörək sexi soba almaq üçün biznes kredit götürə bilər. Biznes krediti şərtləri banklara və kredit təşkilatlarına görə dəyişir. Dövlət qurumları və ya banklar bəzən bu kreditləri subsidiya və ya güzəştli şərtlərlə təqdim edirlər. Məhsul həm yeni başlayan, həm də fəaliyyətini genişləndirmək istəyən sahibkarlar üçün faydalıdır.
Biznes krediti şərtləri necədir?
Biznes krediti şərtləri banklara və kredit təşkilatlarına, eləcə də kredit məhsulunun xüsusiyyətlərinə görə dəyişə bilər. Kredit seçərkən yalnız faiz dərəcəsinə deyil, komissiya və cərimələrə, minimum və maksimum kredit müddətinə, güzəşt müddətinə və digər ödəniş şərtlərinə də diqqət yetirmək vacibdir.
Biznes krediti faizləri isə sahibkarın maliyyə vəziyyəti, biznes fəaliyyətinin müddəti, gəlirləri, kredit məbləği, kredit tarixçəsi və digər amillər nəzərə alınmaqla müəyyən edilə bilər. Buna görə də bankın reklamında göstərilən minimum faiz dərəcəsinin bütün müştərilər üçün eyni şərtlərlə tətbiq olunması mütləq deyil.
Məsələn, fəaliyyət müddəti, gəlirləri və tələb olunan kredit məbləği fərqli olan iki sahibkara eyni faiz dərəcəsi təklif edilməyə bilər. Bu səbəbdən sahibkar krediti götürməzdən əvvəl bir neçə bankın təkliflərini müqayisə etmək və sizin biznesiniz üçün uyğun şərtləri dəyərləndirmək faydalıdır.
Bundan əlavə, bəzi bankların təqdim etdiyi biznes krediti kalkulyatoru vasitəsilə kredit məbləğini, müddətini və təxmini ödənişləri əvvəlcədən hesablamaq mümkündür. Bu, müxtəlif kredit variantlarını müqayisə etməyə və biznesinizin maliyyə imkanlarına uyğun qərar verməyə kömək edə bilər.
Biznes krediti kimlere verilir?
Biznes kreditindən bu qədər danışmışkən kimlərin bu məhsuldan yararlana biləcəyi barədə sual bütün sahibkarları düşündürür. Bu sual daha çox hansı meyarlara cavab vermək məğzi daşıyır. Yəni hansı sahibkarlar biznes kreditlərindən yararlana bilər? Biznes krediti iş qurmaq və ya mövcud biznesini böyütmək istəyən şəxslərə verilir. Bu kreditlər kiçik, orta və iri biznes nümayəndələrinə təqdim olunur. Əsasən müraciət edən şəxsin real biznes ideyasının və ya aktiv biznes modelinin olması tələb olunur. Banklarda əsasən real bizneslərə kredit verilməsinə üstünlük verilsə də startaplar və ya yeni başlamaq istəyənlərə də şərait yaradılır. Ancaq yeni biznes qurmaq istəyənlər, həmçinin kiçik və orta sahibkarlar dövlətin güzəştli sahibkar kreditlərindən də yararlana bilər.
Biznes krediti almaq üçün hansı şərtlər ödənilməlidir?
Biznes krediti əldə etmək üçün banka filialda yaxınlaşaraq və ya onlayn biznes krediti üçün müraciət edərək kredit sifarişi verə bilərsiniz. Müraciət forması bankın təqdim etdiyi imkanlardan asılı olaraq dəyişə bilər.
Kredit təsdiqləndikdən sonra vəsait bankın şərtlərinə uyğun olaraq nağd şəkildə təqdim edilə və ya hesabınıza köçürülə bilər. Hansı variantın sizin üçün daha uyğun olduğunu isə kreditdən istifadə məqsədiniz və biznesinizin maliyyə ehtiyacları müəyyən edir. Məsələn, gündəlik ödənişlər və digər xərclər üçün nağd vəsaitə ehtiyacınız varsa, uyğun kredit məhsulunu seçə bilərsiniz. Onlayn ödənişlər, avadanlıq və ya digər biznes xərcləri üçün isə vəsaitin hesaba və ya karta köçürülməsi daha rahat ola bilər.
Buna görə də biznes krediti seçərkən yalnız kredit məbləğini deyil, vəsaitin təqdim olunma formasını və digər şərtləri də əvvəlcədən nəzərdən keçirmək faydalıdır.
Biznesinizin potensialını ortaya çıxarmağın vaxtıdır!
Kreditlə bağlı qərar verməzdən öncə biznes krediti kalkulyator aləti ilə ilkin hesablama aparmağınız faydalı olar. Çünki götürmək istədiyiniz məbləği və müddəti alətə daxil edəndə avtomatik şəkildə aylıq ödənişlərinizi, həmçinin ümumi kredit məbləğini hesablayır. Bu isə qərar verməyinizi rahatlaşdırır və sürətləndirir. Kredit kalkulator adətən bankların veb-saytlarında və mobil tətbiqlərində online biznes krediti olan hissədə yer alır. Sərfəli sahibkar krediti tapdıqdan sonra artıq sifariş edə və biznes məsələlərinizi həll etməyə başlaya bilərsiniz. Unutmayın ki, kredit götürmək təkcə borc pul götürməkdən ibarət deyil, düzgün planlama ilə gəlir qazanmaq və gəlirlərinizi daha da artırmaq deməkdir. Odur ki kreditə yalnız pul ehtiyacı kimi deyil, investisiya imkanı kimi yanaşmaq lazımdır. Biznes kreditləri ilə biznesinizdə pula-pul deməyin.