Gözlənilməz xərclər hər kəsin qarşılaşa biləcəyi vəziyyətlərdəndir. Avtomobilin qəfil xarab olması, təcili tibbi xərclər, evdə yaranan nasazlıqlar və ya planlaşdırılmamış digər ödənişlər büdcəyə əlavə yük yarada bilər. Belə hallarda tecili kredit maliyyə ehtiyacını qısa müddətdə qarşılamaq üçün ən praktik həll yoludur.
Bəs təcili kredit hansı hallarda faydalıdır, necə əldə edilir və nələrə diqqət etmək lazımdır? Gəlin birlikdə nəzər salaq.

 

Tecili kredit nedir?

Tecili kredit qısa müddətdə rəsmiləşdirilən və vəsaitə operativ şəkildə çıxış imkanı yaradan kredit növüdür. Bu kredit məhsulu əsasən gözlənilməz maliyyə ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulur. Müraciət prosesi sadə olur, tələb olunan sənədlərin sayı minimum səviyyədə saxlanılır və kreditin qiymətləndirilməsi mümkün qədər ən qısa müddətdə həyata keçirilir.

Tecili kredit goturmek?

Oxşar situasiyalarda demək olar hamı bu sual ətrafında düşünür. Bəlkə, tecili kredit pul? İstənilən halda həll yolunun tez tapılması faydalıdır. Çünki adətən pulunuzu sovurub aparan problemlər, məsələlər, bəzən təkliflər, əslində daha çox yatırım etməyinizi gözləyir. Bu halda vəziyyətin öhdəsindən gəlmək asanlaşır. Məsələn, avtomobilinizin təmir ehtiyaclarını birdəfəyə qarşılamaq bəzən çətin olur. Tutaq ki, bu ay mühərrik hissəsini dəyişmək, gələn ay isə digər ehtiyat hissəsini yeniləmək lazım gələ bilər. Əgər hazırda kifayət qədər büdcəniz yoxdursa, tecili kredit bunun üçün əlverişli seçim ola bilər. Beləliklə, avtomobili hissə-hissə, ay-ay təmir etməkdənsə, birdəfəlik təmir edib, daha uzunmüddətli çalışmasına nail olmaq olar.

Niye tecili kredit goturmelisiniz?

Gözlənilməz xərcləri dərhal ödəmək, avtomobil, məişət texnikası və ev təmiri kimi təcili ehtiyacları dərhal həll etmək, ayın müəyyən dövrlərində yaranan müvəqqəti maliyyə çətinliklərini aradan qaldırmaq və digər bir çox məqsədləriniz üçün tecili kredit götürmək işlərinizi asanlaşdıracaq və bir çox problemlərin həll olmasına kömək edəcəkdir. Tecili kredit pul ehtiyaclarının sürətli qarşılanması məqsədi ilə istifadə olunur. Əslində, təcili kredit götürmək çox vaxt “borc almaq” kimi yox, daha çox vaxtında verilən maliyyə dəstəyi kimi düşünülməlidir. Çünki bəzi xərcləri gecikdirmək sonradan daha böyük problemlərə və daha yüksək xərclərə səbəb ola bilər. Ona görə də belə situasiyalarda düzgün və vaxtında qərar vermək həm rahatlıq yaradır, həm də əlavə stressin qarşısını alır.

Tecili krediti nece ve haradan elde etmek olar?

Hazırda tecili kredit əldə etməyin ən rahat yollarından biri onlayn kredit müraciətidir. Bankın rəsmi veb-saytı və ya mobil tətbiqi vasitəsilə kredit məhsulları ilə tanış olmaq, şərtləri müqayisə etmək və müraciət göndərmək mümkündür.

Filiala yaxınlaşaraq da kredit müraciəti etmək olar. Hansı üsulu seçməyinizdən asılı olmayaraq, kredit məbləği, müddəti və aylıq ödəniş şərtləri ilə əvvəlcədən tanış olmaq qərar vermə prosesini asanlaşdırır.

Ödenişleri de tecili ödemek lazımdır?

Adı təcili olsa da, təcili kreditlərin ödəniş tarixləri və şərtləri adətən nağd kreditlərdə olduğu kimidir. Kreditin "tecili" olması yalnız krediti əldə etmək prosesinə aiddir. Kreditin ümumi şərtlərinə uyğun olaraq vaxt və güzəşt müddəti təyin olunur. Əsas məsələ aylıq ödənişləri vaxtında və müntəzəm şəkildə həyata keçirməkdir. Beləliklə, əlavə cərimə və faizlərdən yayınaraq maliyyə yükünüzü minimumda saxlamış olacaqsınız. Qeyd edək ki, tecili kredit faizleri də müştərinin rəsmi gəlirinə, kreditin məbləğinə, müddətinə və digər amillərə əsasən müəyyənləşir. 

Maliyyə maneə olmasın

Tecili kredit gözlənilməz maliyyə ehtiyaclarını operativ şəkildə qarşılamaq üçün əlverişli maliyyə alətidir. İstər avtomobil təmiri, istər evdə yaranan gözlənilməz xərclər, istərsə də təhsil və ya sağlamlıqla bağlı ödənişlər üçün düzgün seçilmiş kredit maliyyə planlarınızı pozmadan ehtiyaclarınızı qarşılamağa kömək edir.

Kredit müracieti etməzdən əvvəl şərtləri diqqətlə nəzərdən keçirmək, aylıq ödənişləri qiymətləndirmək və büdcənizə uyğun seçim etmək isə uzunmüddətli maliyyə rahatlığının əsas şərtlərindən biridir.